"Ermənistan bizim dediklərimizlə masaya oturmasa..."

13:12 18-08-2021 | icon 650 | Siyasət
"Ermənistan bizim dediklərimizlə masaya oturmasa..."

Ramiyə Məmmədova: "Bunlara ancaq zor tətbiq edilməlidir"

 

"Prezidentin Kəlbəcərdə və Laçında verdiyi mesajlar çox vacib məsələdir. Artıq Azərbaycan cana yığılıb Ermənistanın çıxardığı oyunlardan".

 

Bunu Azərbaycan prezidenti İlham Əliyevin çıxışı ilə bağlı açıqlamasını Versus.Az-a şərh edən politoloq Ramiyə Məmmədova bildirib.

 

Politoloq qeyd edib ki, silahlı garşıdurma getdikcə intensivləşir. Onun sözlərinə görə, Ermənistanda keçirilən seçkilərdən sonra bu dövlətin apardığı daxili siyasət gərgin olaraq qalır:

 

"Bu da təbii ki, sərhəddə baş verən hadisələrə birbaşa təsir edir. Prezidentin mesajını dinləyən hər bir erməni vətəndaşı anlamalıdır ki Azərbaycanın məqsədi birmənalı olaraq heç kimin torpağıni işğal etmək deyil, öz tarixi torpaqlarını bərpa eləməkdir. Göyçə Mahalı Zəngəzur, İrəvan bizim dədə-baba torpağımızdır. Əlimizdən zorla alınan torpaqlardı və onları qaytarmaq borcumuzdur. Prezidentin bunu deməkdə məqsədi budur ki, əgər Ermənistan bizim dediklərimizlə masaya oturmasa, demək ki, bunlara ancaq zor tətbiq edilməlidir. Kəlbəcəri talayan, Laçını darmadağın edən Ermənistan birdəfəlik anlamalıdır ki onun sülh müqaviləsini imzalamaqdan başqa çarəsi yoxdu. Düşünürəm ki, əks təqdirdə Azərbaycan qısa bir zamanda hərbi əməliyyatları bərpa etməli, tarixi torpaqlar daxil olmaqla öz sərhədlərini çəkməlidir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...