13 yaşlı oğlunu itirən ata Prezidentə şikayət etdi

16:36 18-08-2021 | icon 1854 | Cəmiyyət
13 yaşlı oğlunu itirən ata Prezidentə şikayət etdi

Əyyar Bağışov: "Cinayət hadisəsi ört-basdır edilir"

 

Ötən həftə Bakının Yasamal rayonu ərazisində ölümlə nəticələnən dəhşətli hadisə baş verib.

 

Versus.Az xəbər verir ki, avqustun 7-də saat 22:32 radələrində 2008-ci il təvəllüdlü Bağışov Nurlan Əyyar oğlu və 1966-cı il təvəllüdlü Bağışov Əyyar Hüseynqulu oğlu yolu keçərkən yüksək sürətlə hərəkət edən göy rəngli "Mazda CX-5" markalı avtomobilin zərbəsinə məruz qalıb.

 

13 yaşlı oğlan avtomobilin zərbəsindən əks yola düşərək qarşıdan gələn "Toyota Prius" markalı minik maşınının təkərləri altına düşüb. N.Bağışov hadisə zamanı yerindəcə keçinib, atası Ə.Bağışov isə xəsarət alaraq Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilib.

 

Hadisə zamanı xəsarət almış və həyatını itirən azyaşlının atası Bağışov Əyyar Yasamal rayon Polis İdarəsində işin düzgün aparılmamasından şikayətçidir. O, məsələylə bağlı Prezident İlham Əliyevə şikayət ərizəsi də göndərib.

 

Övladını itirmiş ata ərizədə qeyd edir ki, cinayət hadisəsi ört-basdır edilir. Onun sözlərinə görə, hadisə yerinə tökülmüş qan spirtli maddələrlə yuyulub təmizlənib, maşından qopmuş əşyayi-dəlillər məhv edilib, kamera görüntüləri silinib. Uşağı vuran avtomobilin sürücüsü qadın olduğu halda onun əri bir gün sonra saxlanılıb və bir saat sonra azadlığa buraxılıb.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

Şou-biznesin yaradıcısı - 38 il

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...