"Maraqlarımıza zidd addımlara qarşı cavab verməliyik"

10:10 19-08-2021 | icon 1042 | Siyasət
"Maraqlarımıza zidd addımlara qarşı cavab verməliyik"

Fuad Əliyev: "Ermənistanın bu siyasəti onun özü üçün çox ağır nəticələr verəcək"

 

“2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixində imzalanan üçtərəfli bəynatların müddəalarının hamısının və tam şəkildə həyata keçirilməsi ilə bağlı Azərbaycan tərəfinin qəti mövqeyi dövlət başçısı tərəfindən növbəti dəfə sərrast və açıq şəkildə dilə gətirildi. Belə ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, Zəngəzur dəhlizi başda olmaqla kommunikasiyaların açılması yubanır. Bu və ya digər məsələlərin həllinə maneə törədən yeganə səbəb isə Ermənistanın buna hazır olmaması və ya bunun əleyhinə olmasıdır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

ALDP sədrinin sözlərinə görə, üçtərəfli bəyanatların tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılmasının Ermənistanın özü üçün səmərəsi çox böyük ola bilər:

 

“Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsində qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm də avtomobil yolunun yaradılması zəruridir. Çünki Zəngəzur dəhlizinin açılması regional iqtisadi əməkdaşlığın inkişafına və region ölkələri arasında işgüzar əlaqələrin gücləndirilməsinə mühüm töhfə ola bilər”.

 

Fuad Əliyev deyib ki, sözügedən müsahibədə dövlət başçısının Ermənistanın Laçın dəhlizi vasitəsilə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsinin yolverilməzliyi, buna son qoyulması üçün ciddi tədbirlər görülməsinin vacibliyi barədə səsləndirdiyi fikirlər mühüm önəm kəsb edir:

 

“Dövlət başçısı nəzərə çatdırdı ki, Azərbaycan beynəlxalq hüquqla tanınmış ərazilərində baş verən prosesləri yaxından izləmək üçün bütün texniki imkanlara malikdir. Azərbaycan Prezidenti bu faktları nəzərə alaraq müvafiq addımların atılacağı, eyni zamanda, Ermənistanın bu siyasətinin onun özü üçün çox ağır nəticələr verəcəyini xatırladıb. Siyasi partiya olaraq bu məsələdə dövlət başçısının fikirlərini tam dəstəkləyir və milli maraqlarımıza zidd hər hansı addımın atılmasına qarşı qətiyyətlə cavab verilməsinin tərəfdarıyıq”. /Yeni Azərbaycan/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...