Əfqanıstanlı miqrantlardan Bakıda AKSİYAYA CƏHD
Bakının Qış parkında Əfqanıstandan Azərbaycana gələn miqrantlar aksiya keçirməyə cəhd ediblər.
Versus.Az xəbər verir ki, polislər onları ərazidən uzaqlaşdırıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov saytımıza açıqlamasında bildirib ki, bu gün 40 nəfər miqrant icazəsiz aksiya keçirməyə cəhd edib:
“Aksiyada iştirak edənlər BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Aksiya icazəsiz olduğu üçün polislər həmin şəxslərlə profilaktik söhbət aparıb. Daha sonra aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb”.
Xəbər lenti
13 yaşlı rusiyalı qızın dəhşətli cinayəti
Bacılarını öldürməzdən əvvəl Cinayət Məcəlləsini oxuyub