Peyvənddən əvvəl bu qidaları qəbul etmək OLMAZ

07:45 31-08-2021 | icon 423 | Sağlamlıq
Peyvənddən əvvəl bu qidaları qəbul etmək OLMAZ

Rusiyalı həkim-qastroenteroloq Nikita Xarlov yan təsirlərin ehtimalını azaltmaq üçün COVID-19 peyvəndindən əvvəl qida rasionunda hansı dəyişikliklərin edilməli olduğundan danışıb.

 

Xarlov ilk növbədə rasiondan şirniyyatların müvəqqəti olaraq çıxarılmasını təklif edib. Həkimin sözlərinə görə, qan şəkərinin səviyyəsi yüksək olduqda peyvəndə dözmək daha çətindir.

 

Bu, karbohidratları çox olan qidalara da aiddir:

 

“Bu, bütün karbohidratlara aiddir, hətta şirin olmayanlara da: kartof, sıyıqlar, çörək də qan şəkərini yüksəldir”.

 

Həkim həmçinin meyvə yeməyi yarıya qədər azaltmağı da məsləhət görüb. Mütəxəssis qeyd edib ki, peyvəndddən əvvəl ən çox zərəri banan, üzüm və yemiş vura bilər. Bu vəziyyətdə yeganə istisna sitrus meyvələridir.

 

Xarlov məsləhət bilib ki, məhsul seçimində təcrübə edilməsin və yalnız “müəyyən bir kolbasa və ya süd markasına qədər” çoxdan istifadəsinə öyrəşilən qidalar qəbul edilsin.

 

Bu, yeməyə allergik reaksiya verməmək üçün edilir.

 

Sonda həkim əlavə edib ki, peyvənddən əvvəl çox yemək olmaz. Bu, immun sisteminə zərər verə bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...