"Bir az gözləməyə qərar vermişik"

07:15 01-09-2021 | icon 912 | Siyasət
"Bir az gözləməyə qərar vermişik"

Fuad Əliyev: "Fəaliyyətimizi dayandırmamışıq"

 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir. Milli Məclisin komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq.

 

Versus.Az xəbər verir ki, parlamentin payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

 

Maraqlıdır, hazırda siyasi partiyalarda vəziyyət necədir? Partiyalarda yay tətili başa çatdımı, yoxsa pandemiyaya görə karantin şəraiti hələ davam edir?

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, artıq 10 ilə yaxındır ki, yay aylarında partiyanın ofisləri bağlı olur:

 

“Hər il 15 sentyabrda tam şəkildə işə başlayırıq. Həmçinin, bir ildən çoxdur ki, karantin dövrüdür. İclaslarımızı onlayn şəkildə həyata keçirməyə çalışırıq. Əgər pandemiya şərtləri dəyişilməsə, 15 sentyabrdan ofislərimizdə fəaliyyət göstərməyə davam edə bilərik. Hazırda koronavirusa yoluxma hallarında artım yaşandığı üçün bir az gözləməyə qərar vermişik. Buna baxmayaraq, daima öz işimizi davam etdirir və hər birimiz vəzifəmizi yerinə yetiririk”.

/Cebhe.info/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...