XƏBƏRDARLIQ
Bakıda tufan gözlənilir
Sentyabrın 2-si axşamdan Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s, 3-ü axşamdan arabir 25-30 m/s-dək güclənəcəyi, 4-ü səhər isə zəifləyəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 3-ü axşam, 4-ü gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında isə sentyabrın 2-si axşamdan 4-ü səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, bəzi Kür vadisi rayonlarda arabir 30-33 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"