Məntəqə seçki komissiyaları yenidən formalaşdırılacaq
“Artıq bütün dairələr sədr və katibləri seçiblər. Bununla da DSK-ların formalaşdırılması prosesi başa çatıb. Növbəti addım isə məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır və bu proses gedir”.
Versus.az “Report”a istinadla xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, MSK tərəfindən buraxılmış məntəqələrin komissiyaları və onların üzvləri məntəqə seçki komissiyaları formalaşdırılan zaman yenidən üzv seçilə bilməzlər: “MSK bunu diqqətdə saxlamalıdır”.
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"