"Mən anti-terror əməliyyatların başlanmasını gözləyirəm"

11:52 04-09-2021 | icon 779 | Cəmiyyət
"Mən anti-terror əməliyyatların başlanmasını gözləyirəm"

Fuad Əliyev: "Qazi və şəhid ailələrinə verilən yardımlar heç olmasa iki dəfə artırılmalıdır"

 

"10 noyabır razılaşmasına görə Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə erməni separatçıları çıxarılmalı idi. Bu baş vermədi".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

ALDP sədri qeyd edib ki, ermənilərin qondarma "dqr"ın 30 illiyini qeyd etməsi məsələsi hamımızı narahat edən məsələ olaraq qalır:

 

"Yadınızdadırsa, 9 may bayramı ərəfəsində paradın keçirilməsilə bağlı cəmiyyətdə eyni narahatçılıq var idi. Biz bir cəmiyyət olaraq buna etiraz etdik və paradın keçirilməməsinə nail olduq. İndi bu məsələdə də mən hesab edirəm ki, biz hamımız buna etiraz etsək, heç kim heç bir tədbir keçirə bilməyəcək. Digər tərəfdən, Paşinyan Ermənistan rəhbərliyinə "yübiley" tədbirlərində iştrakı qadağan edib. Ona görə də mən hesab edirəm ki, orada heç nə baş vermiyəcək".

 

 

Hakimiyyətin bu cür təxribatların qarşısının alınması üçün hansı tədbirlər görməsinə gəlincə, Fuad Əliyev anti-terror əməliyyatların başlanmasını gözlədiyini vurğulayıb:

 

"Qəbul olunan razılaşmaya görə onlara bizim ərazilərimizdən çıxmağa vaxt verilmişdi. Çıxan çıxdı. İndi orda qalanlar separatçılardı, erməni terroristləridir. Buna görə də biz torpaqlarımızı bunlardan təmizləmək üçün anti-terror əməliyyatları keçirməliyik. Bunun başqa yolu yoxdur".

 

Əhalinin sosial durumunun ağır olması, qazilərin şikayətlənməsi məsələsinə də toxunan partiya sədri qeyd edib ki, belə bir vəziyyətdə hökümətin sosial siyasətindən razı qalmaq mümkün deyil:

 

"Xüsusilə də qazi və şəhid ailələrlə bağlı hökümətin verdiyi yardımlar çox azdır. Baxın, indi bizim neftin qiyməti 72 dollara çatıb. Avropada qazın bir kubametri 600 dollara satılır. Bu qədər gəlir, vəsait əldə edirik. Hesab edirəm ki, hökümət pandemiya dövründə qazi və şəhid ailələrə verdiyi yardımları heç olmasa iki dəfə artırmalıdır ki, onlar bu müddət əziyyət çekməsinlər".

 

Son vaxtlar nazir Sahil Babayevin fəaliyyətinin çox ciddi şəklində tənqid olunmasına gəlincə, vurğulayıb ki, bu şəxs sadəcə olaraq, menecerdir:

 

"Mən bundan qabqda demişəm ki, təyin olunan bəzi kadırlar menecerlərdir. Sahil Babayev də eynilə. Bunlara etimad göstərib vəzifələrə təyin ediblər. Sən bu sahəni bilmədiyinə görə, özünə bu sahəni bilən bir müavin təyin etməlisən və yaxud mütəxəsislərdən komanda formalaşdırmalısan. Bunlar isə nə edir - dost, tanış, qohumu vəzifəyə gətirir və istədikləri kimi oranı dağıdırlar". /"Kanal-13"/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi