Deputat “5-ci kolon”un təhlükəsindən danışdı

12:06 06-09-2021 | icon 374 | Cəmiyyət
Deputat “5-ci kolon”un təhlükəsindən danışdı

Son 28 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bunlardan biri də onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması prosesidir ki, bununla bağlı dövlətimiz tərəfindən xüsusi proqramlar həyata keçirilir. Bildiyimiz kimi, bu günə qədər 10 mindən çox şəhid ailəsinə mənzillər təqdim edilib. Bütövlükdə, Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcəyi də nəzərdə tutulub. Bu məqamda onu da qeyd edim ki, Azərbaycanda müharibə əlillərinə minik avtomobillərinin verilməsi də artıq ənənəyə çevrilib. İndiyədək ölkəmizdə 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub”.

Versus.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev açıqlamasında söyləyib.

Deputat qeyd edib ki, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin məşğulluğunun təmin edilməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır: “Şəhid ailələrinin və müharibə əlillərinin fəal məşğulluq tədbirləri çərçivəsində son 7 ayda 52 min nəfər işlə təmin olunub, 56 min nəfər isə ictimai işlərə cəlb edilib. Hətta bu ilin əvvəlindən indiyədək 26 min 200 nəfər reabilitasiya vasitəsilə təmin olunub, 2600 nəfərə isə reabilitasiya xidmətləri göstərilib. Bildiyimiz kimi, hazırda şəhid ailələrinin üzvləri, qazilər özünüməşğulluq proqramının da fəal iştirakçılarına çevriliblər. Özünüməşğulluq proqramı ölkəmizdə əhalinin həssas qruplarının məşğulluğunun təmin olunması məqsədilə reallaşdırılır. Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamı əsasında 2017-ci ilin əvvəlindən icrasına başlanılan səmərəli özünüməşğulluq proqramına bütün respublika miqyasında insanlar böyük maraq göstərirlər. Proqramın uğurla icra edilməsinin məntiqi nəticəsi olaraq əhalinin həssas qruplarının əmək bazarına çıxış imkanları əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə, proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 44 iqtisadi fəaliyyət sahəsi üzrə biznes paketi təqdim edilir. 2021-ci ilin əvvəlindən bəri respublika üzrə 7200 nəfər şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunub”.

N. Həmzəyev onu da bildirib ki, şəhid ailələrinin və müharibə əlillərinin məşğulluq məsələlərinin həllində dövlət qurumları ilə yanaşı, cəmiyyət də yüksək fəallıq göstərir: “Şəhid ailələrinin üzvlərinin və qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”nun bütün respublikada böyük əks-səda doğurması bunu əyani şəkildə təsdiqləyir. Qısa müddətdə marafona qoşulan işəgötürənlərin sayı 443-ə çatıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafonda iştirak edən həmin işəgötürənlərin 226-sı dövlət, 217-si isə özəl müəssisədir. Onlar tərəfindən marafona 2003 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı  543-ə çatıb ki, onlardan da 439-u qazi, 104-ü isə şəhid ailəsi üzvüdir. Hazırda vakansiyalar üzrə işlərə göndərişlərin verilməsi prosesi davam edir. Prezident İlham Əliyev  bu günlərdə şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə onlara göstərilən diqqət və qayğını dövlət siyasətinin tərkib hissəsi kimi səciyyələndirib. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı deyib: “Müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilibdir. Orta hesabla hər insana 2 ödəniş edilib. Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir. Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır”.

“Bu arada onu da qeyd edim ki, istər bu gün, istərsə də hər zaman ölkəmizdə dövlət tərəfindən şəhid ailələri və qazilərə ən yüksək səviyyədə diqqət və qayğının göstərilməsi reallığı itirmiş radikal xislətli xainləri, siyasətbazları narahat edir, təlaşlandırır. Xüsusilə, dağıdıcı müxalifətin saxtakar “liderləri” demək olar ki, əllərinə düşən hər fürsətdə öz qarayaxma kampaniyalarını ortaya atmaqla sağlam düşüncəli ictimai rəydə çaşqınlıq yaratmağa səy göstərirlər. “Beşinci kolon” adlandırılanların dövlətin bu istiqamətdə apardığı siyasətə özlərinə məxsus don geyindirmək cəhdləri insanlarımız tərəfindən ciddiyə alınmır. Artıq xalq onlara deyil, dövlətinə, dövlət başçısına, 44 günlük Vətən müharibəsində düşmənə göz açmağa imkan verməyən Müzəffər Ali Baş Komandanına, ordusuna inanır, güvənir, etimad göstərir. Hər gün bizlər şəhid ailələrinə, qazilərimizə göstərilən dövlət qayğısı barədə məlumatları oxuyuruq və həmin məqamın davamlı xarakter alması bizləri yalnız qürurlandıra bilər. Əli Kərimli kimilər isə bundan təlaş keçirirlər. Çox yaxşı bilirlər ki, 28 ildir xəyanətləri, satqınlıqları üzündən əllərindən verdikləri iqtidarı bir daha geri qaytara bilməyəcəklər. Onlar bunu çox gözəl anlayırlar və hər dəfə bax, bu cür qeyri-ciddi fikirləri ilə suyu bulandırmağa çalışırlar. Göründüyü kimi, alınmır, bundan sonra da alınmayacaq”, - deyə deputat qeyd edib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...