Qarabağda açılacaq kitabxanalar üçün yeni LAYİHƏ

11:53 09-09-2021 | icon 438 | Cəmiyyət
Qarabağda açılacaq kitabxanalar üçün yeni LAYİHƏ

“Karabakh is Azerbaijan!” Milli Platforması işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start verib.

 

Versus.Az xəbər verir ki, “Karabakh is Azerbaijan!” Milli Platformasının koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, bütün dünyada “Qarabağ Azərbaycandır!” şüarının təbliğ olunması ilə bağlı müxtəlif layihələr gerçəkləşdirən gənclərimizin yeni addımı həmin kitabxanalar üçün kitabların toplanması ilə bağlıdır.

 

Milli Platformanın təşəbbüsü ilə kitablar könüllü şəkildə toplanacaq və çeşidlənəcək. Daha sonra həmin kitablar işğaldan azad edilən rayonlarda açılacaq kitabxanalara hədiyyə ediləcək.

 

Milli Platformanın qərarına əsasən kitabxanalara hədiyyə olunan kitab sahiblərinin siyahısı tutulacaq və onlar barədə qısa məlumat hazırlanacaq.

 

Koordinatorun sözlərinə görə, artıq Azərbaycanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Milli Platforma fəalları 1 000-dən artıq kitab toplayıblar.

 

Layihəyə https://www.facebook.com/KarabakhIsAzerbaijan1/ üzərindən qoşulmaq olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi