“Fizioterapiya ilə müalicə hər zaman effektlidir”


Nərminə Abbasova: “Xəstəyə müalicə idmanı və gündəlik davranışa aid tövsiyyələr də verilir”
“Fizioterapiya yunan sözü olub, tam mənası təbiətin gücü ilə müalicə deməkdir. Fizioterapiyanın iki əsas hissəsi var - elektro terapiya və reabilitasiya. Elektro terapiya tibbi avadanlıqlarla müalicə üsuludur. Reabilitasiya isə itirilmiş funksiyaların bərpası və təkrar sosial həyata qaytarılması mənasını verir”.
Mövzudan da bəlli olduğu kimi, Versus.Az-ın daimi qonağı Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA müəyyən xəstəliklərin fizioterapiya ilə müalicəsindən bəhs edəcək.
Nərminə Abbasova bildirdi ki, fizoterapiyaya gələn xəstə ilk olaraq müayinə edilir, bundan sonra nevropatoloq, neyrocərrah ortoped, fizioterapevtin birgə rəyi əsasında proseduralar təyin olunur. Onun sözlərinə görə, fizioterpiya ilə birlikdə xəstəyə müalicə idmanı və gündəlik davranışa aid tövsiyyələr verilir:
“Əgər verilən tövsiyyələrə, məsələn istirahətə, dərman müalicələrinə baxmayaraq xəstənin şikayətləri davam edirsə, fizioterapiyaya başlanması faydalı ola bilər. Qeyd edim ki, fizioterapiya boyun disk yırtıqlarının müalicəsində istifadə olunan ən təsirli və zərər verməyən bir müalicə üsuludur. İxtisaslaşmış mütəxəsislər tərəfindən icra olunduqda fizioterapiyanın hər hansı bir əlavə təsirləri olmur. Əsasən gündə bir seans tətbiq olunur. Ancaq gündə iki seansla daha tez müsbət nəticə almaq mümkündür. Seans sayı xəstənin klinikasına, xəstəliyin dərəcəsinə görə tənzimlənir. Fizioterapiya kursu əsasən 21 seansdır”.
Həkim terapevt deyir ki, fizioterapiya sonrasında soyuqdan qorunmaq lazımdır, çünkü soyuq hava cərəyani əzələlərdə gərginliyə və dolayısı ilə ağrıya yol açar:
“Sadəcə fizioterapiyadan sonra deyil, hər zaman soyuqdan və hava cərəyanından uzaq olunmalıdır. Fizioterapiya sonrası 15-20 dəqiqə istirahət etmək və anidən soyuq havayla təmas etməməkdə, xüsusilə də boyun bölgəsindəki oynaqları və əzələləri ən azından bir dəsmalla, ya da boğazlı paltarla qorumaqda fayda var”.
Nərminə xanım vurğuladı ki, masaj müalicəsi də xəstələr tərəfindən çox tərcih edilən bir yöntəmdir. Sadəcə olaraq, özünü masajı doğru-düzgün bilən mütəxəsislərə etibar etməlisən:
“Rahatlatıcı, əzələ spazmını, ağrını azaldan təsiri var. Onu da deyim ki, müalicədə tək masaj yetərli deyil. Müalicənin effektli olması üçün eyni vaxtda fizioterapiya da məsləhətlidir. Düzdür, fizioterapevtik müalicələr sırasında ilk bir neçə gün ağrılarda artma ola bilər. Ancaq buna baxmayaraq pasiyent həkimin məsləhət bildiyi şəkildə müalicəsini davam etdirməlidir”.
Fizioterapiyanın insan orqanizmini ağır xəstəlikdən sonra bərpa edib, kəskinləşmədən qorunmağa kömək edən müalicə və profilaktik vasitə olduğunu qeydedən Nərminə xanımın sözlərinə görə, nəzərə alsaq ki, fizioterapiya təhlükəsiz müalicə üsulu sayılır, bu müalicə və reabilitasiya üsulu xəstə və həkimlər arasında ən sevimli istiqamətlərdən biridir:
“Onun təsirləri sırasında metabolik proseslərin aktivləşdirilməsi, qan və limfa dövranlarının stimullaşdırılması, ağrıkəsici, spazmalitik, immunostimullaşdırıcı və bərpaedici funksiyaları qeyd etmək olar. Bizim Klinikada tətbiq edilən müalicə üslubunda fizioterapiya vacib yerlərdən birini tutur”.
DİQQƏT!
Həkim terapevt Nərminə Abbasova sizləri fizioterapiya ilə müalicə olunmanız üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
PƏRİ
Versus.Az
Xəbər lenti

“Xəzərin İrsi” - unikal sualtı-arxeologiya sərgisinin açılışı
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından seçmə eksponatlar...