Kiber TƏHLÜKƏ
Atanın nömrəsindən sənə zəng edirlər...
Azərbaycanda "Man in the middle" və "Spoofing Caller ID" hücumu başlayıb. Bir proqram təminatı vasitəsilə (əslində bir çox) istənilən şəxsə istənilən nömrədən zəng etmək olur. Az əvvəl yoxladım, işləyir. Şəkildə özümə 050 111 11 11 nömrəsindən zəng etmişəm. Bu məşhur "Spoofing Caller ID" hücum növüdür.
Versus.Az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib.
O bildirib ki, istədiyiniz adamın nömrəsi ilə başqasına zəng etmək mümkündür:
“Məsələn, sizə atanızdan zəng gəlir, ekranda ATA çıxır, amma danışan başqa adamdır. Yaxud sizə polisdən, bankdan zəng gəlir, amma arxada danışan cinayətkardır. Bu metodla insanlar aldadılır və məlumatları ələ keçirilir. İşin pis tərəfi odur ki, bu əlavə ilə səsi də dəyişmək olur. Bu metodla Azərbaycanda hücumlar artıq var. Dövlət tərəfindən həmin əlavəyə çıxışlar bağlanıb. Lakin VPN ilə hücumlar olur. Proqram təminatı qlobal işləyir. Yerli operatorların problemi deyil. Vəziyyətdən çıxış yolu telefonda səsli şəkildə heç kimə məlumat verməməkdir”.
Texnobloger qeyd edib ki, gələn zəngin kim tərəfindən edilməsinə baxmayaraq, şəxsi məlumatlarınızı bölüşməyin:
“Bu bank hesab nömrəniz, ananızın qız soyadı, sirli kod və digər məlumatlardır. Gələn görüntülü zənglərə qeyri-əxlaqi intim hərəkətlər edərək cavab verməyin. Ən yaxşısı isə ümumiyyətlə o zənglərə cavab verməyin”.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"