Mətbuat katibi vəzifəsi ləğv olundu
Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub.
Versus.Az xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov müvafiq əmr imzalayıb.
Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi ləğv olunub və həmin şöbəyə birləşdirilib.
Vəsilə Vahidqızı Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri təyin edilib. O, bu təyinata qədər Dövlət Komitəsinin mətbuat katibi vəzifəsində çalışıb. /report/
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"