Sabah Bakının bəzi mərkəzi yolları bağlanacaq
15 sentyabr 2021-ci il tarixində saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşləri nəzərdə tutulub. Bu səbəblə tədbirin davam edəcəyi müddətdə sakinlərin sadalanan istiqamətlərdə yollara çıxmaması xahiş olunur.
Versus.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, birinci marşrut Şəhidlər xiyabanı - Türk Şəhidləri abidəsinin önü - İçərişəhər metrosu - İqtisadiyyat Universitetinin binası - Qala Qapısı - “AzNeft” dairəsi - Bəhram Gur heykəlinə qədər, kinci marşrut S.Vurğun bağı - 28 may küçəsi - Bülbül prospekti - Neftçilər prospekti - Azadlıq meydanı istiqamətində olacaq.
“Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 (yüz əlli) nəfər şəxsi heyətinin iştirakı və hərbi orkestr olacaq. Qeyd olunan istiqamətlərdə vətəndaşların yola çıxmaması, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və tədbir iştirakçılarının maneəsiz hərəkəti üçün zəruri sayda polis əməkdaşları ərazidə xidmət aparacaq və müvafiq təhlükəsizlik tədbirləri görüləcək”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"