Payızda yoluxma yenidən arta bilər

16:16 15-09-2021 | icon 824 | Sağlamlıq
Payızda yoluxma yenidən arta bilər

“Son vaxtlar xeyli yumşalmalara getmişik, qadağaların əksəriyyəti götürülüb. Amma bu, bizi arxayınlaşdırmamalıdır”.

 

Versus.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Bu gün COVID-19” mövzusunda çıxışında deyib.

 

T.Eyvazov deyib ki, bəzi ölkələrdə aradan qaldırılan qadağalar məhz vaksinasiya hesabınadır:

 

“Həmin ölkələrdə əhalinin 80 faizindən çoxu vaksinasiyadan keçib. Bizdə yeni dalğanın başlanğıcında qapanmalara gedilmədi. Təcrübə göstərir ki, verilən qərarlar doğrudur”.

 

Bununla belə, baş infeksionist yoluxma dinamikasında artım olacağını istisna etməyib:

 

“Hazırda dalğanın enişindəyik. Payız və qış aylarında məktəblərin açılması, Məhərrəmlik ayının bitməsi, toyların başlaması ilə təmasların artması nəticəsində, həmçinin havaların soyuması ilə əlaqədar qapalı məkanlarda toplaşmaya görə yoluxma hallarında yenidən artım ola bilər. Bunun baş verməməsi üçün mümkün riskləri qiymətləndirməliyik. Təmaslardan çəkinməliyik”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI