Oxçuçay problemi qaldırıldı

11:43 16-09-2021 | icon 395 | Cəmiyyət
Oxçuçay problemi qaldırıldı

Cenevrədə yerləşən Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutunun (Global Institute for Water, Environment and Health, GIWEH) təşəbbüsü ilə Oxçuçayın Ermənistanın dağ-mədən şirkətləri tərəfindən çirkləndirilməsi problemi BMT-nin 48-ci İnsan Hüquqları Şurasının ümumi mübahisələr sessiyasında müzakirəyə çıxarılıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə Su, Ətraf Mühit və Sağlamlıq üzrə Qlobal İnstitutunun əməkdaşı Noah Curry çıxış edib.

 

Qurumun verdiyi bəyanatda deyilir ki, GIWEH bu addımla İnsan Hüquqları Şurasının və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Zəngilan rayonunun ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayda yaranan ekoloji təhlükələrə və kritik duruma cəlb etmək istəyir.

 

Qeyd edilib ki, suyun çirkləndirilməsi, tullantıların idarə edilməsi bölgədə çox ciddi bir problemə çevrilir və beynəlxalq birlik çirklənmənin qarşısının alınması və nəzarət edilməsi mexanizmini hazırlamalıdır.

 

GIWEH nəzərə çatdırıb ki, Rio bəyannaməsinin ikinci prinsipində “digər dövlətlərin və ya ərazilərin milli yurisdiksiyasının hüdudlarından kənarda ətraf mühitə zərər verməmək” şərti ilə sahilboyu dövlətlərin su ehtiyatlarından istifadəyə dair hüquq və vəzifələrə sahib olduqları ifadə edilib.

 

Qurum beynəlxalq birliyi “İnkişaf hüquqlarına və heç bir əhəmiyyətli zərər verməmək Öhdəliyinə” əsaslanan sabit və ədalətli qərarlar hazırlanmasına yardım etməyə çağırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...