Erməni vandallığının daha bir GÖRÜNTÜSÜ
Azərbaycan əsilli tanınmış fotoqraf Reza Deqati Qarabağda mədəniyyət abidələrimizə qarşı erməni işğalçıları tərəfindən törədilmiş vandalizm ilə bağlı paylaşım edib.
O, bütün zamanların ən böyük şair və filosoflarından olan Nizami Gəncəvinin Qarabağın işğalı zamanı ermənilər tərəfindən dağıdılan büstünün görüntülərini özünün “Twitter” hesabından dərc edib.
Məşhur fotoqraf böyük şairin bu il anadan olmasının 800 ilinin tamamlandığını xatırladaraq, bunun bütün Azərbaycanda qeyd olunduğunu vurğulayıb.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"