QAZİ ŞİKAYƏTİ: “Xahiş edirəm, bu insanlar haqqında bir tədbir görülsün”

17:35 24-09-2021 | icon 617 | Cəmiyyət
QAZİ ŞİKAYƏTİ: “Xahiş edirəm, bu insanlar haqqında bir tədbir görülsün”

Qarabağ qazisi: “O insanlar bizi dövlət əleyhinə qaldırmaqda, şirkəti nüfuzdan salmaqda maraqlıdır”

 

“Müalicəm davam etməlidir, amma dayandırmaq məcburiyyətində qalacam. Ricam budur ki, sizə ünvanladığım bu müraciəti qəzetinizdə işıqlandırıb Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə, 1-ci vitse-prezident, xanım Mehriban Əliyevaya çatdırasınız. Xahiş edirəm, bu şikayətimi AZƏRSUN Holdinq şirkətinin Müşahidə Şurasının sədri Abdulvari Gözəl və Holdinqin Müşahidə Şurasının sədr müavini Savaş Uzan bəyə çatdırmaqla məsələni araşdırasınız”.

 

Versus.Az bunu İmişli rayonunun Cəfərli kəndindən olan II Qarabağ qazisi, 4 medalla təltif olunan Ağabəyli Əfzələddin Ağakərim oğlu öz müraciətində bildirib. Qazi bir daha məlumat verib ki, o, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında II Vətən müharibəsi döyüşlərində iştirak edib və Cəbrayılın işğaldan azad olunmasına görə “Cəsur  döyüşçü”, “İgidliyə görə” medal və “Qubadlı şəhərinin azad olunmasına görə” medalla təltif olunub.  

 

Qazi Əfzələddin Ağabəyli müharibədən əvvəl çalışdığı AZƏRSUN Holdinqdən şikayətçidir. O, bülleten pulunun verilmədiyini və bu üzdən get-gələ salındığını, müalicəsini davam etdirə bilmədiyi bir kənara, ailəsinin maddi çətinlik çəkdiyini deyib:

 

“Şirkət bülletendə olduğum müddətdə əməkhaqqımı köçürməkdən imtina edib. Sonuncu dəfə iyun ayında maaş almışam. Mənim müalicəm davam etməlidir, yəni hələ ki, iş qabiliyyətim bərpa olunmayıb. Amma Azərsun Holdinq şirkəti mənim əməkhaqqımı köçürmür. Ona görə də məcbur olub müalicəmi dayandırıram. Hətta müalicəmi dayandırıb şirkətə dönsəm də, şirkət müalicəmi etməyəcək”.

 

Qazi bildirib ki, şirkətdən ona müalicəsi davam etdiyi üçün əməkhaqqının köçürülmədiyi deyilsə də, başqa mübahisəli məqamlar da orataya çıxıb. Ə.Ağabəyli qeyd edib ki, şirkətin insan resursları üzrə aparıcı mütəxəssisi Rəşid adlı şəxsə zəng edərək maaşı ilə maraqlananda, həmin şəxs cavabında onun sənədlərini mühasibatlığa göndərdiyini deyib. Mühasibatçılıqda işləyən İntiqam adlı şəxs isə deyib ki, ona heç bir sənəd göndərilməyib.

 

Qazi maaşla bağlı aldığı iki müxtəlif bir-birini təkzib edən cavablardan sonra məsələnin kökündə qaranlıq məqamların olduğunu düşünür. Ona görə də, eyni şikayətini AZƏRSUN Holdinqin rəhbərliyinə də ünvanlayıb. O, AZƏRSUN Holdinqin rəhbəri Abdulvari Gözəl bəyə ünvanladığı müraciətdə şirkətdə rəhbərliyə agah olmayan proseslərin getdiyini və bu ətrafda narazılıq yaratdığını deyib:

 

“Mənim maaşım köçürülməyib. İndi bunların məqsədləri nədir, neyləmək istəyirlər? Bununla işçini aşağılamaq, işçinin nüfuzunu salmaq istəyirlər. Bir Qarabağ qazisi olaraq bizi incidib dövlətin əleyhinə qaldırmaq kimin marağında ola bilər. Biz torpaqlar uğrunda canımızı qoyduq. Bəlkə də o insanlar gecə evlərində yatdıqları zaman biz Cəbrayılda, Zəngilanda bayraq qaldırırdıq. O insanlar bugünkü gündə bizi dövlətin əleyhinə qaldırmaqda, şirkəti nüfuzdan salmaqda maraqlıdır. Xahiş edirəm, bu insanlar haqqında bir tədbir görülsün”.

 

AZƏRSUN Holdinqin Qarabağ qazilərinə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdiyini deyən qazimiz, bəzi şəxslərin bu münasibətə kölgə salmasına təəssüflə yanaşıb:

 

“Bunlar istəyirlər ki, qaziləri şirkətin əleyhinə qaldırsınlar. İstəyirlər ki, burda özbaşınalıq, xaos yaransın. Qazi olaraq sizdən xahiş edirəm ki, bu müraciətimi Prezidentə, birinci xanım Mehriban Əliyevaya və AZƏRSUN Holdunqin  Müşahidə Şurasının sədri cənab Abdulvari Gözəl bəyə çatdırasınız. İnanıram ki, qazilərin bu kiçik problemləri tezliklə öz həllini tapar”.

 

P.S Məsələyə aydınlıq gətirmək üçün AZƏRSUN Holdinqin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Sözügedən şöbənin bölmənin rəhbəri Xəyal Verdiyev məsələnin araşdırılacağını və bu barədə redaksiyaya məlumat veriləcəyini deyib.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...