Dünyanın bir neçə şəhərində Anım Gününə həsr olunmuş aksiya keçirilib

07:44 27-09-2021 | icon 348 | Cəmiyyət
Dünyanın bir neçə şəhərində Anım Gününə həsr olunmuş aksiya keçirilib

Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) təşkilatçılığı ilə Sidney şəhərində 27 sentyabr - Anım Gününə həsr olunmuş aksiya keçirilib.

 

Diasporla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Sidneyin mərkəzində baş tutan aksiyada Vətən müharibəsi şəhidlərinə həsr olunmuş anım guşəsi yaradılıb. Anım guşəsində Azərbaycan, Türkiyə və Avstraliyanın dövlət bayraqları yerləşdirilib, Azərbaycan əsgərinin qəhrəmanlığını və şücaətini, eləcə də erməni işğalını əks etdirən fotolar, plakatlar və şüarlar nümayiş olunub. Şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq yandırılan şamlar “Azərbaycan” sözünə uyğun düzülüb, şəkillərin önünə gül dəstələri qoyulub.

 

Qeyd edək ki, sərt pandemiya məhdudiyyətləri səbəbindən aksiyada yalnız AAA sədri Mikayıl Oytanın və Güney Azərbaycan Demokratik Türk Birliyinin Qadın və insan haqları departamentinin müdiri Sara Azərsunun iştirak etməsi qərara alınıb.

 

Haaqa şəhərində fəaliyyət göstərən Hollanda–Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş mərasim keçirilib.

 

Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi anım mərasimi Haaqadakı Məsumlar və Əhlibeyt məscidlərinin imamları Seh Mehmet və Türkcan Akbalın Qurani-Kərimdən oxuduqları ayələr və dualarla davam edib.

 

Tədbirdə dərnəyin idarə heyətinin üzvü Yasin Zeynallı, dərnəyin sabiq rəhbərlərindən biri olan Fərhad Atəş, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva, Niderland–Azərbaycan “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova, Real TV-nin Niderlanddakı xüsusi müxbiri Xatirə Sərdarqızı çıxış ediblər. Onlar 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən Silahlı Qüvvələrimizlə qürur duyduqlarını, şəhidlərimizin xatirəsinin daim uca tutulacağını , onların qəhrəmanlıqlarının heç zaman unudulmayacağını bildiriblər.

 

Eyni zamanda İsveç Azərbaycanlıların Koordinasiya Şurasının, İsveç Qarabağ Azadlıq Mərkəzi Birliyi və Batı Yöteland Azerbaycan Evi Birliyinin təşkilatçılığı ilə Yöteborq şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya keçirilib.

Sltottsskogen parkında gerçəkləşdirilən aksiya zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanları xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandırıldığı aksiyada şəhidlərimizin fotoları nümayiş etdirilib, onların şəkilləri önünə güllər düzülüb, xatirələrinə ehtiram əlaməti olaraq şamlar yandırılıb, həzin musiqi səsləndirilib.

80 nəfərə yaxın soydaşımızın və yerli sakinlərin qatıldığı tədbirdə çıxış edən diaspor üzvləri Azərbaycan torpaqlarını mənfur düşmən tapdağından azad edən qəhrəmanlarımızla qürur duyduqlarını, onların göstərdikləri igidlik və şücaətin isə heç zaman unudulmayacağını bildiriblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...