Yardımlı Xeyriyyə Cəmiyyətindən Vilayət Eyvazova TƏŞƏKKÜR

11:17 27-09-2021 | icon 556 | Cəmiyyət
Yardımlı Xeyriyyə Cəmiyyətindən Vilayət Eyvazova TƏŞƏKKÜR

Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Elman Eldaroğlu Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik, cənab Vilayət Eyvazova müraciət edərək təşəkkürünü ifadə edib.

 
 
Versus.Az xəbər verir ki, müraciətdə deyilir:
 
 
"Hörmətli Vilayət müəllim, Yardımlı rayonunda narkomaniyanın törətdiyi fəsadlardan narahat olan “Yardımlı Xeyriyyə Cəmiyyəti” bu günlərdə Sizə müraciət ünvanlamışdı. Həmin müraciətə əsasən rayonumuzda tez bir zamanda narkoticarətçilərə qarşı amansız mübarizə aparılmış, 10-a yaxın cinayətkar həbs edilmişdir. Bu da sağlam düşüncəli rayon ictimaiyyətinin sevincinə səbəb olmuşdur.
 
 
Bu gün Yardımlıda hamı Sizin bu məsələyə çevik münasibət bildirməyinizdən razılıqla danışır, Polisin gördüyü işlərdən məmnun olduqlarını fəxarətlə dilə gətirirlər. Bunu Yardımlı gənclərinin gələcəyi istiqamətində misilsiz addım kimi dəyərləndirirlər…
 
 
Cənab nazir, Yardımlı ictimaiyyətini təmsil edən bir ictimai təşkilat kimi müraciətimizə göstərdiyiniz diqqətə görə, Sizə minnətdarlığımızı çatdırmağı özümüzə borc bildik.
 
Allah yar və yardımçınız olsun!"
 
 
GÖZƏL
Versus.Az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi