Səyyad Əlizadə Füzuli rayonunda dəfn ediləcək


Koronavirusdan vəfat edən tanınmış müğənni Səyyad Əlizadə bu gün dəfn olunacaq.
Versus.Az xəbər verir ki, bu barədə sənətçinin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, sənətçi Füzuli rayonunda torpağa tapşırılacaq:
“S.Əlizadənin nəşi bu gün səhər saatlarında ailəsinə təhvil veriləcək. Müğənni vəsiyyətinə uyğun olaraq ana və atasının məzarı yanında dəfn ediləcək”.
Xatırladaq ki, S.Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Xəbər lenti

Beynəlxalq səyyahlar KƏLBƏCƏRDƏ
Ermənilərin burada törətdiyi vəhşi əməllərlə tanış olacaqlar