Şəhidlərin adına salınan bağ ilə bağlı ÇAĞIRIŞ

15:30 07-10-2021 | icon 469 | Cəmiyyət
Şəhidlərin adına salınan bağ ilə bağlı ÇAĞIRIŞ

Zaur Əliyev: "“Vətən bağı” Şəhidlər parkının suvarma sisteminin qurulmasına köməklik göstərmək lazımdır”"

 

Vətən müharibəsi zamanı Azərbaycanın ən çox bombalanan şəhəri Tərtərdə böyük layihə həyata keçirilib.

 

Bu barədə alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev məlumat yayıb.

 

O, “Vətən Bağı” layihəsinin müəlliflərindən biri olan Emin Tarverdiyevin çağırışına qoşulub:

 

“Təxminən 30-dan çox Qarabağ müharibəsi qazisi, 30-dan çox şəhid ailəsi və 100-ə yaxın könüllüdən ibarət şəxslə birgə 4 minə yaxın meyvə ağacından “Vətən bağı” adlandırılan bağ sahəsi salındı. Burdakı ağacların hər biri Vətən müharibəsində şəhid olan bir qardaşımızın adına əkilib. Ağacların sayı çoxalacaq. Bu ağacların meyvələri qazi və şəhid ailələrinə paylanılacaq.

 

Lakin bu böyük işdə bir məsələ mütləq icra olunmalıdır. Suvarma. Bu gün həmin parkın suvarılmasını damcı suvarma üsulu ilə həyata keçirmək, bunun üçün yeraltı su anbarı inşa etdirmək lazımdır. Yeraltı su anbarının yeri hazırlansa da, onun içinə döşənəcək membran qatın alınmasında, damcı suvarma sisteminin qurulmasında ciddi maliyyəyə ehtiyac var. 

 

Belə ki, membran qatın və damcı suvarma sisteminin quraşdırılması üçün təxminən 12 min manat civarında pul lazımdır. Çünki, damcı suvarma sisteminin qurulması üçün ən yüksək keyfiyyətli materiallara üstünlük vermişik ki, bu da uzunömürlülük baxımından daha önəmlidir.

 

“Vətən bağı” Şəhidlər parkının suvarma sisteminin qurulmasına köməklik göstərmək lazımdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...