Toy qaydaları POZULDU
Restoranlar və mərasim sahibi CƏZALANDIRILDI
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq sarayında və fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Çayarxı kəndində yerləşən “Göyçay” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.
Belə ki, obyekt sahibi Tərlan Cavadov inzibati məsuliyyətə cəlb edilərək 4 000 manat məbləğində cərimələnib.
Rayonun Alxasava və Ləkçıplaq kəndlərində fərdi evlərin həyətyanı sahələrində keçirilən toy mərasimlərində isə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.
Toy təşkilatçıları Ayaz Əkbərov və Şahid Şıxəliyev barəsində protokol tərtib edilib və hər biri 200 manat məbləğində cərimələnib.
Nazirliyin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun Ağasıbəyli, Lək, Qaradağlı, Poylu, Kolayır, Tatlı və Burunqovaq kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.
Belə ki, hər yeddi ünvanda ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladlarına toy mərasimi təşkil ediblər.
Polis əməkdaşları mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.
Nazirliyin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşları tərəfindən rayon ərazisində yerləşən “Qızıl Tac” şadlıq sarayında keçirilən toy mərasiminin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi aşkarlanıb.
Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar restoranın inzibatçısı E.Sultanova İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 4 000 manat məbləğində protokol tərtib edilib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"