"Türk Ocaqları"ı başqanı ilə GÖRÜŞ
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Türk Ocaqları"ı başqanı ilə görüşüb.
Versus.Az xəbər verir ki, "Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk dünyası" adli elmi simpoziumda istirak etməkçün respublikamızda səfərdə olan "Türk Ocaqları"nın başqanı Prof.Dr. Mehmet Öz və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Q.Paşayeva Türkiyə Cümhuriyyətinin qocaman qurumlarından olan "Türk Ocaqları"nın hər zaman Türk dünyasının birliyi yolunda fəaliyyət göstərdiyini vurğulayıb. O, bu önəmli qurumun öz adına, məram-məqsədinə sadiq qaldığını minnətdarlıqla qeyd edib. "Türk Ocaqları"nın quruculuğunda iştirak etmiş Azərbaycanlı aydınları rəhmətlə, şukranlıqla anan görüş iştirakçıları beynəlxalq aləmin tanıdığı 6 müstəqil türk dövlətinin varlığını qurucu dədələrimizin ruhunu şad edən tarixi hadisə adlandırıb.
Birinci ildönümünü qeyd etməyə hazırlaşdığımız tarixi Zəfər - 44 günlük Azərbaycan Vətən Müharibəsindəki Qələbə əcdadımızın ruhuna dərin ehtiram, böyük xidmət kimi xarakterizə olunub. Görüs iştirakçıları müxtəlif mədəniyyət layihələri ətrafında ətraflı fikir mübadiləsi aparıb.
Görüşdə Azərbaycan "Türk Ocaqları"nın basqanı, "Sərq" qəzetinin baş redaktoru Dr. Akif Aşırlı, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB sədri Arzu Bağırova, NƏFƏS İB sədri Firəngiz Balakişiyeva iştirak edib.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"