Narkotik qəbul etdiyi iddia olunan uşaqla bağlı DİN-dən AÇIQLAMA
“Uşaq bir neçə ay əvvəl sığınacağa gətirilsə də, bizimlə qalmaq istəmədi”.
Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, uşağı sığınacağa ərazi üzrə post patrul xidməti əməkdaşları qeyri-rəsmi şəkildə yolda görüb, yazıqları gəldiyi üçün gətirmişdilər: “Uşaq gələn kimi özünü öldürürdü ki, mən burada qala bilmərəm. Mən o zaman bu uşağın vəziyyətini gördüm. Məsələ ictimailəşdirildikdən sonra Daxili İşlər Nazirliyinin dərhal reaksiyasına sevindim. Necə tez bir zamanda uşaq tapılıb, zəruri olacaq bütün analizlər götürülüb, nəticələr müəyyən edilib. Sadəcə Elşad Hacıyeva eşq olsun deyə bilərəm ki, bu qədər operativ şəkildə davrandılar.
Amma bildiyim qədər uşaq və anası ən azı iki sutka müayinə olunsaydı, daha yaxşı olardı. Nəinki xroniki xəstəlik, istənilən xəstəlik belə olsa onlar müayinə, müalicə olunmalıdırlar. Uşağın qəyyumu təkcə anası deyil. Hər bir halda nəticədə uşaq küçədə qalmalıdır? Aidiyyəti qurumları mən paylaşımımda da işarələmişəm. Mən ilk dəfə deyil küçə uşaqları ilə çalışıram. O uşaq bizə gətiriləndə də onun davranışlarından hiss etdim ki, asılı vəziyyətdədir. Adətən toksik maddələr qəbul edənlərin davranışlarını onda hiss etdim və məsəlnin aidiyyəti üzrə araşdırılması üçün paylaşım etdim”
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"