"Qadınların haqları pozurlur, ləyaqətlərini tapdalanır"

11:22 25-10-2021 | icon 578 | Cəmiyyət
"Qadınların haqları pozurlur, ləyaqətlərini tapdalanır"

Dinarə Məmmədova: "Zorakılığın qarşısının alınması üçün dövlətin siyasəti olmalıdır"

 

Son vaxtlar qadın zorakılığı faktları cəmiyyətimizi çox narahat edir. Ekspertlər qadın zorakılığının yalnız qadının problemi olmadığını söyləyirlər. Ayrı-ayrı fərdlərin, qeyri-hökumət təşkilatlarının bu mənfi halın aradan qaldırılmasında böyük köməkliyi ola bilər.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova açıqlamasında qadına yönələn zorakılığın çox vaxt cəzasız qalmasına diqqət çəkib.

 

D.Məmmədova vurğulayıb ki, ailədaxili zorakılıq yalnız qadının problemi deyil:

 

"Konstitusiya ilə ailənin qorunması üçün lazımi tədbirlərin görülməsi vəzifəsi dövlətə verilib. Buna görə də zorakılığın qarşısının alınması üçün dövlətin siyasəti olmalıdır. Əgər zokarılığın qarşısı alınmasa, zorakılıq təkrarlana bilər, bu da mənfi nəticələrə gətirib çıxarda bilər".

 

D.Məmmədova hesab edir ki, qadınlara qarşı belə hallar, onların haqlarını pozur və ləyaqətlərini tapdalayır. Onun sözlərinə görə, qadınlar çox vaxt ailədə gördükləri zorakılığı gizli saxlayırlar:

 

"Bunun səbəbi müxtəlif ola bilər: abır-həya, hədələnmə və sair. Bu da çox ağır nəticələrə gətirib çıxarır. "Zorakılığa məruz qalan qadınların fiziki, cinsi və reproduktiv sağlamlıqları pozulur. Zədə sonrası stress, depressiya kimi ruhi narahatlıqlar, intihar cəhdləri və dərmandan sui-istifadə kimi dəhşətli anlar yaşanır".

 

ALDP sədrinin müşaviri zorakılığın qarşısının alınması istiqamətində lazım olan tədbir və təkliflərə diqqət çəkib:

 

"İnsanlar arasında münasibətlər, böhran anlarında kömək edilməsi, qadın-kişi bərabərliyi mövzularında şəxslərin və cəmiyyətin maarifləndirilməsi kimi işlərə əhəmiyyət verilməlidir".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi