Publisistik üslubun XIX əsrin sonu XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılığında araşdırılması

08:56 27-10-2021 | icon 1021 | Cəmiyyət
Publisistik üslubun XIX əsrin sonu XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılığında araşdırılması

 

MEHRİBAN ƏSƏDULLASOY (Quliyeva)
/Naxçıvan Dövlət Universiteti, Filologiya üzrə fəlsəfə doktoru, dosent/

 

Məqalədə XIX əsrin sonu və XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühiti nümayəndələrinin publisistika sahəsində əməyi işıqlandırılmışdır. Ədəbi dilin inkişafında müstəsna rolu olan ədiblərin mətbuatdakı fəaliyyətləri ardıcıl olaraq izlənilmiş, eyni zamanda Azərbaycan ədəbi dilinin publisistik üslubunun dil xüsusiyyətləri tədqiqata cəlb olunmuşdur. Məqalədə həmçinin, XIX əsrin sonu XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühiti nümayəndələrinin publisistik irsi tədqiq olunmaqla yanaşı, bu sahədə çalışan M.T.Sidqini, Q.Şərifzadə, Ə.Qəmküsarın, C.Məmmədquluzadə, M.S.Ordubadi, M.Şahtaxtlı, H.Cavid, E.Sultanov, Ə.Səbri kimi ədəbi mühit nümayəndələrinin məqalələrinin dil-üslub xüsusiyyətləri də araşdırılmışdır. Naxçıvanlı ədiblərin publisistikasında yazıçı peşəkarlığı, zəngin poetik təcrübədən bəhrələnmə özünü qabarıq göstərirdi.

Məqalədə, eyni zamanda görkəmli ictimai xadimlərin, ziyalıların bədii dilin zənginləşdirilməsində göstərdiyi xidmətlər, publisistikada göstərdikləri fəaliyyətləri, müstəmləkəçilik əleyhinə fikirləri, mübarizə və milli azadlıq ideyaları əksini tapmış, ədəbi dilin, milli mədəniyyətin, mətbuatın millətin özünüdərk etməsində rolu müəyyənləşdirilmişdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində milli mətbuatın ədəbi dilimizin inkişafındakı rolu göstərilməklə bərabər, xalqın milli oyanışına, maariflənməsinə təsir edən mühüm amillərdən bəhs edilmişdir.

 

XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühiti nümayəndələri publisitikada yorulmaz fəaliyyət göstərmiş, qədim və zəngin maddi-mənəvi irsimizi tanıtmaq, xalqı maarifləndirmək kimi missiyaları şərəflə yerinə yetirməklə publisistik ənənənin əsasını möhkəmləndirmişdilər. Ədəbi mühitin maarifçilik ideyalarını, klassik bədii əsərləri təbliğ edən, ədəbi dilimizi zənginləşdirən, cəmiyyətin təkamülündə misilsiz rol oynayan publisistikanın Naxçıvan ədəbi mühiti nümayəndələrinin yaradıcılığında tədqiq etmək klassik publisistikanın tarixi əhəmiyyətini artırır. Publisitik məqalələrin ideya-estetik xüsusiyyətləri, üslub zənginliyini naxçıvanlı ədiblərin yaradıcılığında diqqətlə və əhatəli araşdırmaq publisistikanın inkişafına öz töhvəsini verəcəkdir. Həmçinin görkəmli ictimai-siyasi xadimlərin, ziyalıların milli şüurun oyanışı, milli özünüdərketmənin xüsusi əhəmiyyətini konkret publisitik nümunələrlə əsaslandırılmışdır. Naxçıvanlı ədiblərin təsis və iştirak etdiyi XIX əsr və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş mətbuat orqanlarının dil və üslub xüsusiyyətlərini müəyyənləşdirilərək, “Şərqi-Rus” və “Molla Nəsrəddin” jurnalında dərc olunmuş publisistik əsərlərin sənətkarlıq xüsusiyyətləri: janr, üslub, dil, bədiilik baxımından təhlili həyata keçirilmişdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi