"Mutasiya olan virusların qarşısını Buster dozası alacaq" - MÜSAHİBƏ
Fuad Əliyev: "Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır"
Koronavirusa yoluxanların sayının gah artıb-gah azaldığı bir dövrdə vaksinasiyada bir ləngimələr var. Səbəb kimi insanların heç bir müayinədən keçmədən, sadəcə sorğu-sualla kifayətlənib dozanı vurmaq göstərilir. Ümumiyyətlə, vaksin olunmaq müsbətə doğru dəyişiklik yaradırmı?
Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev müsahibəsində bu məsələyə diqqət çəkib.
- Fuad müəllim, pandemiyanın ilk günlərində ALDP çox aktiv təbliğatçı olub, “Evdəqal” və digər təşviqat xarakterli video-çarxlarla yadda qalıb. Amma sonrakı, vaksinasiya mərhələsində partiya aktivlik göstərmədi. Vaksinasiyaya münasibətiniz necədir?
- Düz qeyd edirsiz ki, ALDP ilk gündən “Evdəqal” kampaniyanın ən aktiv iştrakçısı olub. Bir neçə video-çarx, təbliğat materiallarla yanaşı, partiyanın funksionerlər verdikləri müsahibələrdə tətbiq olunan qaydaların riayət edilməsini vacib olduğunu bildiriblər. Siz deyən sonrakı mərhələdə, biz yenə də bu istiqamətdə fəaliyətimizi davam etdirdik, sadəcə bunu işiqlandırmadıq. Hesab etdik ki, Vətən müharibəsi zamanı ordumuza dəstək olaq və bütün fəaliyyətimizi bu istiqamətdə quraq.
- Partiya üzvləriniz vaksinasiya olunublarmı?
- Partiya rəhbərliyinin 70 faizi vaksinasiya olunub. Kimlərsə birinci doza, kimlərsə iki doza vurdurub. Belələri də var ki, səhhətində müəyyən problemlərə görə vaksinasiya vurdurmaq qadağandır. Eynilə də partiya üzvləri.
- Bəs siz özünüz necə?
- Hər iki dozanı vurdurmuşam. Keçən ilin bu ayında, oktyabr ayında koronavirusa yoluxmuşdum. Vəziyyətim çox ağır idi. Xəstəlik çox ağır keçdi. İndi deyirlər ki, vaksin olunanlar da xəstələnir. Ola bilər, amma vaksin olunanlar bu virusa yoluxsalar belə, onların vəziyyətləri ağır olmur və sağalma prosesi da tez olur. Ona görə hesab edirəm ki, hamı, kimə səhhəti imkan verir, vaksin vurdurmalıdır.
- Mutatsiya olunan virus indi uşaqları da yoluxdurur.
- Həkim deyiləm, amma həmişə maraqlanmışam, müxtəlif xəstəliklərlə bağlı kitablardan məlumat əldə etmişəm. Uşaqlarda viruslara qarşı immunitet daha yüksəkdir. Yenə də deyirəm, həkim deyiləm, amma yaxşı olar ki, uşaqları vaksin vurdurmaqdan qabaq, onlarda anti-cism faizini yoxlasınlar. Bu göstərici aşağdırsa, onda mütləq vurdurmaq lazımdır. Həkimlər bunu yaxşı bilir.
- Həkimlər COVİD-19 virusuna qarşı immunitet reaksiyasını yenidən gücləndirmək üçün Buster dozasının vurulmasını məsləhət görürlər. Yenədə bu bir mənalı qarşılanmır.
- Hər bir vətəndaş Sovet dövründə müxtəlif xəstəliklərə garşı peyvənd olub. Bu bir qayda idi. Bir yaşa qədər bir neçə peyvənd olub, 6 yaşda başqa peyvənd vurulub və s. O vaxtlar peyvəndlənməyin ilk vaxtlarında da belə anti-təbliğat olub. Amma illər keçdikcə insanlar peyvəndlənməyin üstünliyini gördülər. Gürdülər ki, bəzi xəstəliklərə yoluxanların sayı azalmışdı, bir çoxuna isə ümumiyyətlə yoluxma halları qeydə alınmırdı. Ümumiyyətlə vaksin niyə lazımdır? İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Və artıq orqanizm virusa hazır olur və ağırlaşmanın qarşısını alır. Vaksinin iki dozası bir müddət müəyyən virusdan qoruya bilir. Amma Covid-19 virusu mutatsiya olur. Ona görə də üçüncü, Buster dozası vurulmalıdır ki, bu yeni yaranan, mutasiya olan virusların qabağını alınsın. Buster doza immunitet reaksiyasını yenidən gücləndirir və bununla da peyvəndin effektivliyini artırır. Bir daha hamını məsuliyyətli olmağa çağırıram və ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. İki doza vurduranlar isə mütləq Buster dozasını da vurdurmalıdır.
SEVDA
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"