Qənirə Paşayevaya Özbəkistanın “Turan” Akademiyasının Fəxri doktoru, professoru adı verildi
Özbəkistandakı Heydər Əliyev Adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkədə keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində Azərbaycanın Milli Məclisin mədəniyyət komitəsinin rəhbəri Qənirə Paşayevaya “Turan” Akademiyasının tarix elmləri doktoru adı verilib.
Versus.Az xəbər verir ki, bu barədə sənədi “Turan” Akademiyasının prezidenti Xaydarbek Bababekov millət vəkili Q.Paşayevaya təqdim edib.
Özbəkistanın “Turan” Kitabxana-İnformasiya Mərkəzində keçirilən tədbirdə, çıxış edən Xaydarbek Bababekov Q.Paşayevanın iki ölkə ilə mədəni, ədəbi əlaqələrini daim diqqətdə saxladığını və bu işə daim tohvələr verdiyini qeyd edib. O, Q.Paşayevanın Özbəkistana dair nəşrləri, xüsusi ilə “Addım–addım Özbəkistan” kitabının yüksək qiymətləndirən akademik onun Türk dünyası arasında birlik, həmrəyliyə layıq olunması istiqamətində dəyərli alqışa layıq olduğunu qeyd edib.
Q.Paşayevanın iştirakı ilə Özbəkistanda keçirilən tədbirlər, onun Özbək dilinə tərcümə olunan kitablarının Özbəkistanlı oxucular üçün maraqlı və əhəmiyyətli olunduğunu qeyd edən akademik, Turan akademiyasının daim bu cür şəxsiyyətlərin fəaliyyətinin təqdir etdiyini və onlarla əməkdaşlığın vacibliyini vurğulayıb.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"