"Bərdəyə atılan raketin hesabını heç kəs ermənidən soruşmursa..."

12:12 29-10-2021 | icon 800 | Cəmiyyət
"Bərdəyə atılan raketin hesabını heç kəs ermənidən soruşmursa..."

Novella Cəfəroğlu: "Biz bunu etməsək, beynəlxalq qurumlar haqqımızı qorumayacaq"

 

“İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür. Amma hələ də beynəlxalq təşkilatlardan bu məsələ ilə bağlı hər hansı bir ciddi addımın atılmasını görmürük. Ona görə də biz özümüz öz haqq səsimizi qaldırmalıyıq”.

 

 

Versus.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Novela Cəfəroğlu 1 ili tamam olan Bərdə faciəsi ilə bağlı açıqlamasında bildirib.

 

 

N.Cəfəroğlu bildirib ki, 44 günlük müharibə zamanı mülki rayonlarımız olan Gəncəyə, Bərdəyə qadağan olunmuş raketlər atılandan dərhal sonra bu barədə geniş bülliten hazırlayaraq bütün beynəlxalq təşkilatların nümayəndəlikllərinə göndəriblər. Həmin sənəddə tələb edilib ki, bu haqsızlığa biganə qalmasınlar. N.Cəfəroğlu bir hüquq müdafiəçisi kimi dünyada fəaliyyət göstərən ayrı-ayrı həmkar təşkilatlara da üz tutduqlarını deyib:

 

“Bütün müraciətlərimizə baxmayaraq görünən odur ki, dünyada insan-hüquq və azadlıqlarının müdafiəsindən danışan təşkilatlar, eləcə də demokratiyadan danışan dövlətlər Azərbaycan xalqına qarşı törədilən bu faciəyə biganə qaldılar. Bərdəyə atılan qadağan olunmuş raketin dağıntıları hələ də qalır, faktlar ortada, amma Ermənistana qarşı Beynəlxalq Məhkəmə qarşısında heç bir cinayət işinin başlandığını görmürük. Biz Azərbaycana qarşı olan ikilistandartları 30 ildir ki, görürdük. Hətta 44 günlük vətən müharibəsində zəfər qazansaq da belə, Azərbaycanın haqq işinin müdafiəsində müəyyən dövlətlərin qısqanclıq göstərdiyini müşahidə etdik. Əgər dünya ədalətli olsaydı dinc əhaliyə qarşı silah işlədən erməni cinayətkarlarını çoxdan məhkəməyə çıxarmışdı. Beynəlxalq ictimaiyyətin bizim haqq işimizə gözü yumulub”.

 

N.Cəfəroğlu hesab edir ki, bu reallığı gördüyümüz, bildiyimiz üçün, biz özümüz hamılıqla birləşib ədaləti bərpa etməliyik. Onun sözlərinə görə, Ermənistanın törətdiyi cinayətlərə görə cəzalandırmaq üçün Azərbaycanın bütün sahələr üzrə mütəxəssisləri bir araya gəlməli və dəymiş ziyan hesablanaraq dünyanın ən nüfuzlu təşkilatlarına, o cümlədən beynəlxalq məhkəməyə təqdim olunmalıdır:

 

“İqtisadçılar, hüquqşünaslar, QHT-lər, sosioloqlar, psixoloqlar, diplomatlar hər sahə üzrə mütəxəssislər toplanıb, insan resursuna dəyən ziyan, ekologiyamıza, təbii sərvətlərimizə, maddi-mədəniyyət abidələrimizə, yaşayış evlərimizə dəyən bütün ziyanı hesablamalı və Ermənistandan təzminat tələb etməli, məhkəmədən cinayətkarlara cəza tələb edilməlidir. Bunun üçün də işçi qrupu yaradılmalııdr. Biz bunu etməsək, heç bir beynəlxalq qurum bizim haqqımızı qorumayacaq. Biz bir il ötən faciələrimizə baxanda bunu görürük”.

 

QEYD: 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini “Smerç” raketləri ilə atəşə tutub.

Ermənistanın beynəlxalq hüquqla qadağan olunan kaset bombalarından istifadə etməklə endirdiyi zərbələr nəticəsində 20 nəfər mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı şəhid olub, 70-ə yaxın insan isə yaralanıb.

Ümumən İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb. Bundan başqa, 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib. (hafta.az)

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi