"Reytinq xətrinə belə söz deməzlər"

14:08 05-11-2021 | icon 789 | Cəmiyyət
"Reytinq xətrinə belə söz deməzlər"

Könül İsmayılova: "İnsanın sağlıq durumu sözkən, sensasiya axtarmayın"

 

Bir müddət əvvəl xəstəxanaya yerləşdirilən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusdan sağalıb. Ancaq müalicəni ev şəraitində davam etdirir.

 

Versus.Az olaraq partiya sədrinin özü ilə telefon əlaqəsi yaratdıq. Sağlıq durumunun gərgin olduğu bir vaxtda da mətbuata cavab verən Hafiz Hacıyev "şükür Allaha, hələlik yaxşıyam" dedi. MMP sədri fürsətdən istifadə edib, sağlığının keşiyində duran həkimlərə təşəkkürünü də ifadə edib.

 

Qeyd edək ki, hazırda oksigenlə dəstək alan partiya sədri çox keçməz ki, ayağa qalxacağını, yenidən aktiv siyasi fəaliyyətə başlayacağını vurğulayıb.

 

Hafiz Hacıyevin müavini Könül İsmayılova ilə də əlaqə saxlayıb partiyada sədr olmadan işlərin necə getməsi ilə maraqlandıq. Könül xanım bütün rəhbər heyətlə 8 Noyabr - Zəfər Gününə hazırlaşdıqlarını bildirdi. Qeyd etdi ki, sədr olmadan partiyada işlər gərgin getsə də, yoluna qoymağa çalışırlar:

 

"Hər şey yaxşı olacaq, Hafiz müəllim də sağalıb işinin başına dönəcək. Amma məni narahat edən bəzi mətbuat nümayəndələrinin insanın sağlıq durumu sözkən, sensasiya axtarmasıdır. Adını çəkmək istəmirəm, reklam olar, bir saytın əməkdaşı Hafiz Hacıyevə deyir ki, koronavirusa yoluxmanızdan sevinənlər olub, onlara nə cavab vermək istərdiniz. Ayıbdır e, heç bir xəstə insana reytinq xətrinə belə söz deməzlər".

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi