Həkimdən
HƏYƏCAN TƏBİLİ


“Diş əti xəstəlikləri hamiləliyin gedişinə zərər vura bilər”
Diş əti xəstəlikləri hamilə qadınlara zərər verə bilər.
Versus.Az xəbər verir ki, bu sözləri mediaya müsahibəsində Ə.Əliyev adına ADHTİ-nin dosenti Cavid Əhmədbəyli deyib.
Diş əti xəstəliklərinin hamilə qadınlara verə biləcəyi narahatlıqdan danışan həkim bildirib ki, bu zaman hamilələrdə arterial təzyiqin yüksəlməsi halları baş verə bilər:
“Müalicə olunmamış diş əti xəstəlikləri olan hamilə qadınlar preeklampsiya (hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiqin yüksəlməsi), vaxtından əvvəl (37-ci həftədən əvvəl) doğuş və normadan az çəkidə uşağın dünyaya gəlməsi kimi risklərə məruz qalır. Bu nəticələrin bəziləri eyni vaxtda baş verə bilər”.
Xəbər lenti

“Xəzərin İrsi” - unikal sualtı-arxeologiya sərgisinin açılışı
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından seçmə eksponatlar...