Texnopark Müdafiə Nazirliyinə maşın və qoşqu hədiyyə etdi

11:49 12-11-2021 | icon 412 | Cəmiyyət
Texnopark Müdafiə Nazirliyinə maşın və qoşqu hədiyyə etdi

STP Müdafiə Nazirliyinə hərbi texnikaların daşınması üçün  maşın və qoşqu hədiyyə etdi

 

 

Qarabağ uğrunda 44 günlük müharibədə əldə etdiyimiz qələbəyə həsr olunan 8 noyabr, Zəfər günü münasibətilə Azərbaycan Müdafiə Nazirliyinə yük maşını və öz istehsalı olan qoşqu hədiyyə edib.  Hədiyyə edilən qoşqu 50 tona qədər yükgötürmə qabiliyyətinə malikdir və təkərli, tırtıllı zirehli texnikaların daşınması üçün nəzərdə tutulub. Onun çəkisi 13 ton, uzunluğu 15.45m, eni 3.4m və yerdən platformaya qədər olan məsafəsi  1.14m-dir.

 

Bu barədə Versus.az-a STP Şirkətlər Qrupunun mətbuat xidmətindən məlumat verilib.  

 

STP Şirkətlər Qrupu daim dövlətimizin və ordumuzun yanında olduğunu bəyan edir.   

“Müəssisə müxtəlif  məhsul istehsalını təmin edən avadanlıqları və sifarişçinin istəyinə uyğun  həllər  hazırlaya bilən  mütəxəssis heyəti ilə daim Müdafiə Nazirliyinin yanında olub. Həmçinin şirkət bu günə kimi dəfələrlə öz texniki bilik və təcrübəsini Nazirliklə bölüşüb və gələcəkdə də bölüşməyə hazırdır. 

 

Qeyd edək ki, STP Şirkətlər qrupu regionda ilk texnopark olmaqla kabel, elektrik avadanlıqları, alüminium və mis profillər, sendviç panellər, polimer borular, dəqiq mexaniki emal, qaynaq quraşdırma, ağır maşınqayırma, qaynar sinkləmə, qumlama və rəngləmə, metaləritmə və texniki qazların istehsalı kimi 30-dan çox istehsal sahələrini tərkibində birləşdirir.  Müəssisənin  təklif etdiyi yüksək keyfiyyətli məhsul və xidmətlər neft-qaz,  energetika, inşaat, kənd təsərrüfatı kimi sahələrdə idxalın azalmasına istiqamətlənib”. 

 

Ləman

Versus.azı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi