“Terrorçu Azərbaycana təhvil verilməlidir”

08:55 16-11-2021 | icon 559 | Müharibə
“Terrorçu Azərbaycana təhvil verilməlidir”

Şair Ramaldanov: “Terrorçunun Ermənistana verilməsi terrorçulara xidmət edən bir addımdır”

 

Erməni silahlı qüvvələrinin Azərbaycanla sərhəd ərazilərdə törətdiyi növbəti təxribat əməlləri, Şuşada baş verən hadisələr regionda vəziyyətin gərginliyini nümayiş etdirməklə yanaşı bir sıra mübahisəli məqamları ortaya çıxarıb.

 

Belə ki, erməni silahlısı-terrorçu Norayr Mirzoyan Azərbaycan hərbçilərinin blok-postuna yaxınlaşıb ora əl qumbarası atıb və bir neçə hərbçimiz yaralanıb. Rus sülhməramlıları isə həmin terrorçunu saxlayaraq Ermənistana təhvil verib. nİyə? Üstəlik, “Ermənistan milli qvardiyası” qeyri-hökumət təşkilatı Şuşada terror törədən Norayr Mirzoyanın ailəsinə 1000 dollar yardım edəcəyini bildirib. “Mübarizə liderlərini tək qoymamaq hamımızın borcudur”deyə, təşkilat bəyan edir.

 

Şuşa hadisəsinə görə tutulan erməni Azərbaycana təhvil verilə bilərmi?

 

Versus.Az xəbər verir ki, hərbi ekspert Şair Ramaldanov bildirib ki, terrorun milləti, vətəndaşlığı olmur. Harda terror aktı törədilibsə, cinayətkar həmin ölkəyə təhvil verilməlidir.

 

Onun sözlərinə görə, terror Azərbaycan ərazisində törədilib, əsgərlərimiz xəsarət alıblarsa, terrorçu Azərbaycana təhvil verilməlidir:

 

 

“Terrorçu Azərbaycan qanunlarına görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu bütün dünyada belədir. Əgər terrorçular bilsələr ki, terroru törədib öz ölkələrinə təhvil veriləcəklər və onlara yardım olunacaq, o zaman terrora yaşıl işıq yanar. Təbii ki, rus sülhməramlılarının bu addımı başa düşülən deyil və müəyyən mübahisələr yaradır. Və şübhəsiz ki, terrorçunun Ermənistana verilməsi terrorçulara xidmət eliyən bir addımdır”.

 

Ş.Ramaldanov “Ermənistan milli qvardiyası” qeyri-hökumət təşkilatının terrorçunun ailəsinə 1000 dollar yardım ayırmaq istəyini də terrorun təbii ideoloji davamı sayıb. O, bildirib ki, bu terror təsadüfən baş verməyib:

 

“Bu terroru maliyyələşdirən, hazırlayan, sifarişçilər var. Təbii ki, bu terrora görə müəyyən vəsait verib onun ailəsini dolandıracaqlar. Eyni zamanda müvəqqəti sülhməramlıların yerləşdiyi ərazidə olan əhalinin vəziyyəti ağırlaşıb. Belə bir vəziyyətdə “muzdlu qatillər”, “terrorçular” tapmaq onlara asan olacaq. Ona görə də sülhməramlılar tərksilah edilməlidir. Bu məsələnin həlli budur. Erməni silahlıları ərazidən çıxarılmayana qədər belə terror addımları olacaq. Terror baş verirsə, deməli onlar kimlərinsə sifarişini yerinə yetirirlər”.

 

Hərbi ekspert belə halların qarşısının alınması üçün Azərbaycanın radikal addımlar atmasının vacibliyini xüsusilə vurğulayıb. /hafta.az/

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI