“Rusiyalı siyasilər Şuşada həm heyran, həm təəccüb qaldılar”

14:27 18-11-2021 | icon 639 | Cəmiyyət
“Rusiyalı siyasilər Şuşada həm heyran, həm təəccüb qaldılar”

Namiq Mayılov: “Ermənilər bu səfərdə də öz mənfurluqlarını göstərdilər”

 

Azərbaycan torpaqlarının erməni işğalı altında hansı vandallığa, vəhşiliyə məruz qaldığı ortada. Azərbaycan dövləti, ordusu erməni ləkəsini məhz 44 günlük savaşda təmizlədi və bu proses diplomatik müstəvidə davam edir. Azərbaycan Zəfər Yolunda qarşı-qarşıya dayandığını erməni faşizminin insanlıq üçün hansı təhlükə olduğunu dünya ölkələrinə, beynəlxalq ictimaiyyətə təqdim etməklə beynəlxalq aləmi mənfur erməni siyasətiniə qarşı öz sözünü deməyə çağırır.

 

Versus.Az xəbər verir ki, bu dəfə Rusiyadan olan bir qrup siyasətçilər, politoloqlar, deputatlar və digər təşkilatların nümayəndələri noyabrın 12-13-də Şuşaya səfər edib. Bu səfərdə Azərbaycan nümayəndə heyətində analitik nəşr “Region Plus” jurnalının baş redaktoru Namiq Mayılov da iştirak edib. N.Mayılov müsahibəsində Rusiya siyasətçilərinin iştirak etdiyi Şuşa səfəri barədə danışıb və maraqlı nüanslara diqqət çəkib.

 

- Namiq bəy, Rusiya politoloqları, deputatları və digər təşkilat nümayəndələrinin iştirakı ilə işğaldan azad olunmuş Şuşa şəhərinə edilən son səfəri necə dəyərləndirərdiniz?

 

- 44 günlük müharibədən sonra ermənilərin ölkəmizdə törətdikləri cinayət faktlarını göstərmək üçün xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, ayrı-ayrı təşkilat və media nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri təşkil olunur. Beynəlxalq ictimaiyyət erməni vəhşiliyini hansısa arxiv sənədlərində deyil, həmin ərazilərə səfərlər edib öz gözləri ilə əyani görməkə dəyərləndirirlər. Bu baxımdan Rusiya ekspert və diplomatlarının, elm adamlarının Şuşaya səfəri xüsusilə əhəmiyyətlidir və düşünürəm ki, xarici ölkə nümayəndələrinin işğaldan azad olunmuş torpaqlara səfərləri davam edəcək.

Məlum olduğu kimi, Şuşaya səfər çərçivəsində “10 noyabr razılaşması: Cənubi Qafqazda sülh üçün əsas” mövzusunda dəyirmi masa keçirilib. Qonaqlar Qarabağın "hava qapısı" adlandırılan Füzulidə yeni istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanı, İkinci Qarabağ müharibəsində Qələbəmizin daha bir rəmzi hesab edilən Zəfər yolu, eləcə də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun çətin relyef şəraitində məhz bu yolla irəliləyərək Şuşa şəhərini necə işğaldan azad etməsi ilə tanış olublar. Daha sonra rusiyalı siyasi ekspertlər və elm xadimləri, eləcə də azərbaycanlı mütəxəssislər müharibədən sonra Cənubi Qafqazda sülh quruculuğu ilə bağlı məruzələrlə çıxış ediblər. Hesab edirəm ki, Şuşa səfəri çox mühüm əhəmiyyəti ilə yadda qaldı. Qeyd edim ki, Şuşaya səfər edən Rusiya nümayəndələri, siyasətçilər Şuşadan birbaşa canlı yayımlar edir və orda deyilən fikirlər birbaşa Rusiya ictimaiyyətinə çatdırılırdı. Onu da deyim ki, ermənilər bu səfərdə də öz mənfurluğunu göstərdi. Konfransda Zoom bağlantısı ilə canlı yayın edilən zaman ermənilər xaker hucumu eləyib, konfransın işini pozmağa cəhd etdilər. Konfrans iştirakçılarının ünvanına biədəb ifadələr işlətdilər. Bunun qarısı dərhal alındı və tədbir davam etdi.

 

 

- Rusiya siyasətçiləri və elm adamlarının baş tutan Şuşa səfəri 44 günlük müharibə və ermənilər haqqında hansı yeni təsəvvürləri yaratmış oldu?

 

- Məlum olduğu kimi, biz Şuşaya səfər etdiyimiz gün orada ermənilər terror aktı törədərək, bizim postda qumbara atmışdı.  Konfransda bu məsələyə xüsusilə diqqət ayrıldı. Bu fakt kəskin pislənildi və iştirakçılar ehtimalla çıxış edərək, terror aktının Rusiyadan gələn qonaqları qorxutmaq üçün xəbərdarlıq olduğunu dedilər. Bildirildi ki, böyük ehtimalla bu terror onları Azərbaycanla birlikdə sülh təşəbbüslərindən əl çəkdirməyə yönəlib. Eyni zamanda Bakıya dönəndən sonra da yerli Azərbaycan mətbuatına bu terror aktının çox mənfi hal olduğunu, cəzasızlıqdan irəli gələn bir hadisə olduğunu qeyd etdilər. Məsələn, Vətən Partiyasının sədri, Rusiya Dövlət Dumasının deputatı Аlекsеy Jurаvlyov konfransda dedi ki, bu terror aktını törədənlər çox ciddi cəzalandırılmalıdır. 

O, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə yağlı bir nöqtə qoyulduğunu, geriyə dönüşün olmadığını dedi.

Digər iştirakçılar da terorçunun separatçılara təhvil verilməsinə etiraz etdilər və bunu pislədilər. Ermənistana çağırış etdilər ki, bu gün onları müharibədən xilas etmiş Rusiyaya qarşı çıxmaqdansa, ötən il imzalanmış üçtərəfli bəyanatın icrasına kömək etsələr sülhə daha tez yaxınlaşmaq, bölgədə sülhə daha çox nail olmaq olar. Təbii ki, bölgədə sülhün bərqərar olunmasına həsr olunmuş konfransda bu istiqamətdə fikir mübadilələri aparılmaqla, təkliflər də səsləndi. Konfransda bütün deyilənlər hamısı onu götərdi ki, üçtərəfli bəyanatın tərəflərindən biri olan Ermənistan hər vəclə öz öhtəlikərini yerinə yetirməkdən yayınmağa çalışır.

Rusiya Siyasi Araşdırmalar İnstitunun direktoru Sеrgеy Маrкоv bildirdi ki, Qarabağ Azərbaycan ərazisidir və Şuşa Azərbaycanın turizm üzrə mirvarisi olacaq. O, “Şuşa vətəninə qaytarıldı, biz buna görə şadıq”-dedi.

Təbii ki, səfər iştirakçılarına Şuşa ərazisində ekskursiya turu keçirildi. Şuşada dağıdılan, viran qoyulan evlər, binalar göstərildi. Eyni zamanda nümayəndələr Şuşada yerləşən Provaslav kilsəsinə aparıldı. Qonaqlara Provaslav kilsəsindəki gümbəzin sonradan ermənilərin sökərək erməni kilsəsinin memarlığına xas dəyişdirildiyini təsdiq edən sənədlər göstərildi. Bildirildi ki, Rus Provaslav kilsəsinin Bakı yeparxiyası o kilsəni artıq Provaslav kilsəsi kimi tanıyıb və dini ainlər keçirilib. Bu da qonaqlar tərəfdən alqışlandı. Eyni zamanda, Azərbaycana məxsus qədim müsəlman abidələrinin, məscidlərin dağıdılması pislənildi. Nümayəndələrlə birlikdə Cıdır düzünə çıxıb, oradan görünən Xankəndinə baxdıq. Rusiyalı qonaqlar əmin olduqlarını bildirdilər ki, müvəqqəti sülhməramlıların məsuliyyət zonasında olan Xankəndi də tezliklə Azərbaycanın nəzarətində olan ərazisi kimi bərpa olunacaq, Azərbaycan qanunları o ərazidə də işləyəcək. Bu da zaman məsələsidir.

Rusiyalı hərbi ekspert "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Коrоtçеnко konfransda bildirdi ki, üçtərəfli bəyanatın müdüəlarına əməl etməsi üçün Ermənistana həm siyasi, həm iqtisadi təzyiq göstərilməlidir. Hərbi ekspert bu insidenti Rusiyanın bölgədəki nüfuzuna zərər vurmaq üçün törədilmiş akt adlandırıb. Korotçenko bəyan edib ki, erməni terrorçu Azərbaycana təhvil verilməli idi.

 

- Namiq bəy, necə hesab edirsiz, rus ekspertləri və deputatlarının terrorla bağlı sərgilədiyi münasibətlər və terrorçunun Azərbaycana təhvil verilməsi ilə bağlı tələb-fikirləri Rusiya hökumətinin məsələyə hansı fonda müdaxiləsinə təsir edə bilər?

 

- Rusiyalı nümayəndələr təbii ki, ekspertlər səviyyəsində fikirlərini və təkliflərini verdilər. Əslində elə konfransın məqsədi də budur. Təbii ki, bu münasibətlər yayımlanır və sonda hansısa təkliflər sənədlər hazırlanır. Hər halda məsələ ilə bağlı xeyli fikirlər söylənildi. Qeyd etdiyim kimi, törədilmiş terror aktı, terroçunun erməni tərəfə verilməsi də pisləndi.  Türrorçunun Azərbaycana verilməsi məqsədəuyğun sayıldı.  Коrоtçеnko bildirdi ki, baş verən terror aktı Azərbaycanın da Laçın dəhlizində Rusiya sülhməramlıları ilə birlikdə nəzarət etməsi məsələsini aktuallaşdırır.  Qeyd olundu ki, Azərbaycan, Rusiya, Türkiyə bölgədə sülhə, iqtisadi əməkdaşlığa can atdığı bir vaxtda Ermənistan belə pozucu əməllərlə məşğul olur. Ermənistanın atdığı addımlar postmüharibə dövrünün reallıqlarını qoruyub saxlamağa deyil, üçtərəfli bəyanatın yerinə yetirilməsinə maneə olmağa yönəlib.

 

- Rusiyanın da atəşkəs bəyanatında bir imzası, bir öhtəliyi var; silahll ermənilər tərksilah edilməli, çıxarılmalıdır, amma Rusiyanın bu istiqamətdə qəti addımı görünmür. Rusiyalı ekspertlər bu məsələyə hansı aspektdə yanaşdı?

 

- Konfransda Ermənistanın bu öhtəliyə əməl etmədiyi deyildi. Bildirildi ki, silahlılar sülhməramlıların müvəqqəti nəzarəti olan ərazilərdən tam yığışdırılmadığı üçün bu cür hadisələrin gələcəkdə də təkrar olması mümkündür. Ona görə də o ərazidə ermənilərin silahsızlaşdırılmasına daha ciddi yanaşılmalıdır.  Təbii ki, Rusiyal ekspertlər bu məsələni birmənalı şəkildə öz dövlətlərinin qarşısında tələb kimi qoymurlar. Amma bu zərurəti qeyd etmələri elə o deməkdir. Bölgədə erməni silahlılarının mövcudluğu sülhə mane olan bir amildir. Rusiyalı siyasətçilər konfransda həmçinin, Ermənistanda antirusiya meyillərin olduğunu, Ermənistanın nankor olduğunu, Rusiyanın onların münasibətinə adekvat reaksiya vermədiyini dedilər. Deputat Juravlyov da xüsusilə o məsələyə toxundu ki, bütün baş verənlərin fonunda Ermənistanda antirusiya meyllərinin olması, mitinqlərin, nümayişlərin keçirilməsi bölgədə sabitliyə və sülhə xidmət eliyən bir amil deyil. Belə hesab olundu ki, Rusiayadan Ermənistana adekvat münasibət göstərilməlidir. Təbii ki,  Azərbaycan tərəfindən çıxış edən ekspert və deputatlar da öz fikirlərini bildirdilər. Azərbaycan-Rusiya Parlamentlərarası  dostluq qrupunun üzvü olan deputatlarımız Şahin Seyidzadə, Emin Hacıyev bölgədə sülhün təmin olunması və ümtərəfli bəyanatın yerinə yetirilməsi üçün kimdən nə asılıdırsa, yerinə yetirilməli olduğunu qeyd elədilər. Dedilər ki, Rusiya ilə Azərbaycan üçüncü tərəfin haqq yoluna qaytarılması üçün səylərini birləşdirməlidir.

 

 

- Rus diplomatları Şuşaya birinci səfərlərində ilk növbədə nəyə diqqət çəkdilər?

 

- Düşünürəm ki, bu, onların Şuşaya birinci səfəri idi. Şuşanın o sıldırım qayaları onları valeh eləmişdi. Onlar Azərbaycan Ordusunun, əsgərinin Şuşa naminə hansı qəhrəmanlıq etdiyini həm gördülər, həm etiraf etdilər. Hərbi ekspert Korotçenko  buna xüsusilə diqqət elədi. Sergey Markov cıdır düzündə daşların üzərində güllə izlərini tapdı və “fikir verirsiz, adamlar necə sıldırım qayaları qalxıblar”-deyə heyrətini gizlətmədi. Dedi ki, Azərbaycan ordusu Cıdır düzünə döyüşə-döyüşə daxil olub. Orada Azərbaycan əsgərinin qəhrəmanlıqları xüsusilə vurğulandı. Onlar o qalanı şəkillərdə görmüşdülər, ancaq canlı görəndə tamamilə başqa bir təəssürat oyanır. Təəccüb edirdilər ki, əsgərlər bu qayalarla necə çıxıb. Xeyli ehtimallar irəli sürdülər...

Bu təəssüratlar çox əhəmiyyətli idi. Xaricdən gələn ekspertlər, diplomatlar digər qonaqlar gəlib bu mənzərəni gözləri ilə gördükcə, Azərbaycan üçün Şuşanın əhəmiyyətini bir daha dərk edirlər. Ekspertlər Şuşanın Azərbaycan Ermənistan üçün əhəmiyyətini də müqayisə etdilər. Şuşanın uçulmuş, dağıdılımış evlərini, abidələrini görəndə dəfələrlə qeyd elədilər ki, əgər torpaq abidə onlara məxsus idisə niyə dağıdırdılar. Bir başqaları qeyd elədi ki, mən təsəvvür edirəm ki, bu yerlər 30 il ərzində Azərbaycanda olsaydı hansı şəkildə çiçəklənərdi. Ancaq indi ondan xarabalıqlar qalıb. Özləri də etiraf elədilər ki, çox azsaylı bəzi evlərdə yaşayış olub. Bəyan elədilər ki, Şuşa ermənilərə məxsus deyil, Azərbaycanın tarixi irsidir, qədim şəhəridir. Eləcə də işğaldan azad olunan bütün Azərbaycan torpaqlarının böyük əhəmiyyəti önə çəkildi.

Qeyd etdiyim kimi, Şuşaya Rusiyadan  kifayət qədər böyük heyət getmişdi. Onlar Füzuli aeroportuna gedərkən kəndlərdə, şəhərlərdə erməni vandalizmini, insanlığa yaraşmayan dağıntıları böyük təəssflə seyr etdilər. Qonaqlar qeyd edirdilər ki, bu müharibə hərbi cinayətdir. Çünki dağıdılmış torpaqlarımız onlara Beynəlxalq konvensiyalarla qadağan olunmuş yandırılmış torpaqlar təsiri bağışladı. Ermənistan beynəlxalq məhkəmədə cavab verməlidir. Ermənistan heç bir hüquq normasına, müharibə qaydalarına əməl etməyib.

Bununla yanaşı, Füzuli aeroportu qonaqları heyrətə gətirdi. Böyük dağıdılmış ərazinin içərisində qısa müddətə belə bir beynəlxlq standartlara uyğun gözəl aeroportun tikilməsini Azərbaycanın bu torpağa böyük əhəmiyyət, sevgi göstərməsi kimi dəyərləndirdilər.

 

- Necə hesab edirsiz, erməni cinayətkarlarının beynəlxalq məhkəmələrdə cəzalarını alması üçün Rusiyanın bu söz adamlarının nə kimi dəstəyi olacaq?

 

- Bu addımı biz özümüz atmalıyıq. Haqqımızın müdafiəsi üçün nə rus, nə türk, nə də başqası onu bizim əvəzimizdən etməyəcək. Bizim dövlət rəsmiləri, Prezident səviyyəsində bəyanatlar verilib. Ermənilərin törətdiyi bütün dağıntılar sənədləşdirilib, arxivləşdirilib və beynəlxalq məhkəmələrə müraciət olunacaq. Bu çox böyük, genişmiqyaslı bir işdir. Onu da biz özümüz edəcəyik. Bizim dost dövlətlər dəstək verə bilərlər. Kimlər dəstək verəcəklərsə, sağ olsunlar. Verməyəcəklərsə, bu yenə də bizim, Azərbaycan dövlətinin birbaşa səlahiyyəti və məsuliyyəti daxilində olan bir məsələ kimi həllini tapmalıdır. Düşünürəm ki, bu məsələ ekspertlər səviyyəsində həll olunan məsələ deyil. Lakin erməni vandalizmi və işğaldan azad olunmuş ərazilərdə real vəziyyətlə bağlı verilən təhlillər və yazılan məqalələr özü də bu prosesə dəstək ola bilər. /“həftə içi”/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...