Əlillik müddəti bitmiş şəxslərə MÜRACİƏT
"Bəzən əlillik müddəti bitən şəxslər yoxlanışdan keçməyi unudurlar"
“Bəzən əlillik müddəti bitən şəxslər komissiya yoxlamasından keçməli olduqları müddəti unudurlar. Çalışsınlar, o müddəti qaçırmasınlar, nəzarətdə saxlasınlar”.
Versus.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.
O bildirib ki, bunun da obyektiv səbəbləri var:
“Bir daha müraciət edirəm ki, şəxslər əlillik müddəti bitməmiş tibb müəssisəsinə müraciət etməlidir, müraciət rəsmiləşdirilərək aidiyyəti üzrə komissiyaya göndərilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna müvafiq dəyişiklik aparılıb. Həmin dəyişikliyə əsasən, əlilliyi olan şəxslər hətta 6 ay sonra təkrar müraciət etsələr, onların əlilliyi ötən əlilliyin bitmə tarixindən rəsmiləşdirilir. Bu da o deməkdir ki, təyin olunduğu gündən deyil, əlilliyin müddətinin bitdiyi gündən əlillik təyinatı gedəcək. Həmin o 6 ay itirilmiş dövrün müavinətini də , təqaüdünü də həmin şəxs alacaq. Qanuna edilən dəyişiklik vətəndaşın rifahının yaxşılaşdırılmasına yönələn addımdır”.
A.Bayramov qeyd edib ki, ümumilikdə son 3 ildə 900 hüquq-normativ akta dəyişiklik edilib. Sosial təminat üzrə ödənişlər isə 60 faiz artıb, söhbət 2,4 milyard manatdan söhbət gedir.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"