Görmə imkanları məhdud vətəndaşlarla GÖRÜŞ

17:49 22-11-2021 | icon 518 | Cəmiyyət
Görmə imkanları məhdud vətəndaşlarla GÖRÜŞ

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva bir qrup görmə imkanları məhdud yaradıcı gəncin və görmə imkanları məhdud vətəndaşlarımızın ailəsində olub, onların qayğıları ilə tanış olub.

 
 
Versus.Az xəbər verir ki, millət vəkili onlarla səmimi söhbətdən, onların mübarizliyindən çıxış edərək, “Həyat əngəl tanımır!” devizinin gerçək müstəvi üzərində maddiləşməsinin şahidi olduğunu vurğulayıb.
 
 
Həm fərdi mübarizlik, həm dövlət qayğısının bir yerdə imkanlar müstəvisi açdığını bildirən Q.Paşayeva, onların heç zaman yalnız olmadığını, cəmiyyətimizin, dövlətimizin hər zaman onların yanında olduğunu söyləyib. 2019-cu ildə nəşr edilən “Zülməti dələn işıq” kitabını xatırladan Q.Paşayeva, özəlliklə görmə imkanları məhdud yaradıcı gənclərin öz duyğu düşüncələrini yaradıcı şəkildə ifadə etməklə həmyaşıdlarına yaxşı örnək olduğunu bildirib. Belə ortaq layihələrin gələcəkdə də davam etdiriləcəyini deyib.
 
 
Görmə imkanları məhdud vətəndaşlarımızın qayğıları ilə yaxından tanış olan Q.Paşayeva, onların problemlərini, özəlliklə işsizliklə bağlı məsələləri parlamentdə qaldıracağını bildirib. Görüş zamanı vətəndaşlarımız bir sıra təkliflərini irəli sürüblər. Təkliflərin hər birini yüksək dəyərləndirən Q.Paşayeva aidiyyatı qurumlara müraciətlər edəcəyini bildirib.
 
 
Görüşün sonunda Nəfəs İB adından görmə imkanları məhdud ailələrə hədiyyələr təqdim olunub.
 
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...