Bir sıra ərzaqların rasiona əlavə edilməsi yaddaşı gücləndirir.
Bu barədə rusiyalı həkim dieotoloq Aleksandra Razarenova məlumat verib.
O, beyin üçün ən xeyirli ərzaqlardan biri kimi faydalı yağlar, kalium, liflər və antioksidanlralra zəngin avokadonun adını çəkib.
“Pantoten turşusu uzunmüddətli yaddaşa müsbət təsir edir. Bu maddə çatışmayanda insan özünü yorğun hiss edir”, - deyə həkim bildirib.
Dietoloq bununla belə, artıq çəkili insanlara yüksək kaloriliyinə görə avokadodan sui-istifadə etməməyi məsləhət görüb.
“Rozmarin isə koqnitiv funksiya və konsentrasiya üçün faydalı hesab olunur. Onun tərkibində düşüncə proseslərini dəstəkləmək üçün lazım olan asetilkolin var”, - deyə həkim əlavə edib.
Razarenova beyin üçün faydalı məhsullar arasında zeytun yağının adını da çəkib. Onun sözlərinə görə bu məhsuldan müntəzəm istifadə yaddaşı gücləndirməyə və bədəndəki toksinləri zərərsizləşdirməyə kömək edir. Həkim həmçinin bildirib ki, altsheymer xəstəliyinə qarşı effektiv profilaktika üçün bu məhsuldan istifadə tövsiyə olunur.
“Yaşıl çayda sinir və kök hüceyrələri əmələ gətirən antioksidant EGCG var: O, yaddaşa müsbət təsir göstərir. Degenerativ pozğunluqlardan qaçmaq istəyənlər ondan içməlidir. Tərkibindəki “L-teanin” öyrənmə qabiliyyətini və ümumi işləmək qabiliyyətini artırır”, - deyə mütəxəssis sözlərinə davam edib.
Beyin üçün ən faydalı beşinci məhsul kimi o, şokoladın adını çəkib. Həkim bildirib ki, kakao ilə zəngin bu məhsulun tərkibində beyni oksigenlə təmin edən üzvi maddələr olur.
“Acı şokolad xüsusilə faydalıdır, hansı ki, həm də yuxululuğun öhdəsindən gəlməyə kömək edir və ümumi tonusu yaxşılaşdırır”, - deyə Razarenova sözlərini yekunlaşdırıb.