Zavod, yoxsa Zəngəzur yolunun üzərində tikilən “divar”?

18:20 08-06-2023 | icon 957 | Siyasət
Zavod, yoxsa Zəngəzur yolunun üzərində tikilən “divar”?

Ramil Hüseynov: “Regionda ekoloji tarazlıq pozula bilər ki, bu da hər kəsi narahat etməlidir”

 

“Ermənistanın Naxçıvanla sərhəddə ABŞ-ın maliyyəsi ilə zavod tikmək niyyəti Azərbaycana qarşı növbəti geosiyasi, geoekologi təxribatdır. Ermənistanın ABŞ-ın pulu ilə bizim sərhəd ərazidə zavod tikmək istəyi Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən Zəngəzur yolu üzərində tikilən “divara” bənzəsə də, yeni reallıqda inkişaf edən proseslər bu yolun açılmasının qarşısını almaq üçün gücə və təsirə malik olmayacaq”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib.

 

Ekspert bu zavodun tikintisi ilə Zəngəzurla bağlı bir çox yeni nüansların ortaya çıxması ehtimalını istisna etməyib. O, hesab edir ki, Ermənistanın bu zavodu tikməsi Moskva görüşündən sonra oradan keçəcək dəmir yoluna yaxınlığı baxımından Ermənistana sərf edir:

 

“Ermənistan dərhal bunu bəhanə kimi ortaya ataraq alternativ yol çəkilişlərini gündəmə gətirib. O cümlədən ABŞ-ın bölgəyə girişi, eləcə də Rusiyanın məsələ ilə bağlı hansı reaksiyanı verəcəyi müxtəlif versiyaları ortaya çıxarmış olacaq. Bütün hallarda hesab edirəm ki, bu zavodun tikintisi regionda ekoloji tarazlığı pozduğuna görə hər kəsi narahat etməlidir. Metallurgiya sahəsində istehsal olunan məhsullar qara metalın əridilməsi və Araz çayına yaxın ərazidə inşası zərərli maddələrin həmən çaya axıdılması ilə başa çata bilər. Ona görə də qətiyyətlə bu tikintinin sərhəddə başladımasının qarşısını almalıyıq Azərbaycan Espo Konvensiyasını əsas tutaraq məsələnin transsərhəd konteksində, beynəlxalq müstəvidə həllinə nail olmalıdır. Çünki adıçəkilən zavodun inşası bölgədə ciddi şəkildə ekoloji fəlakətə gətirib çıxarda bilər. Bu, əslində sərhədlərimizə qarşı sayğısızlıq kimi də qiymətləndirilməlidir. Əks halda bu, Ermənistan tərəfinin özünə qarşı çevirilən bir addım olacaq”.

 

R.Hüseyov hesab edir ki, zavodu hansı dövlətin maliyyəsi hesabına tikirlərsə tiksinlər, bu məsələlər birinci növbədə beynəlxalq konvensiyalarla tənzimlənir. Ona görə də prosesin qarşısının alınması ilə bağlı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıyıq. Bunün üçün kifayət qədər əsaslarımız var:

 

“Çünki Ermənistan bu günə qədər Azərbaycana qarşı düşmən mövqeyini sərgiləyib və bu gün də öz düşmən mövqeyindən əl çəkmir”.

 

R.Hüseynov sözügedən zavodda qurğuşun istehsalının olması ehtimalına da diqqət çəkib:

 

“Qurğuşun həm oksidlərin, həm də toksid tullantıları olan çox zərərli və təhlulkəli maddədir. Ona görə də onun istehsal prosesində törətdiyi fəsadların həmin ərazi üçün nə qədər təhlukə yaratdığını düşünmək belə ağlasığmazdı. O cumlədən zavoddan çıxan zəhərli maddələrin Araz çayına axıdılması prosesinin baş verməməsi riskini göz altına almamaq dövlət olaraq bizim milli mənafeyimizə zidddir”. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...