AMEA-nın obyektində ƏXLAQSIZLIQ YUVASI

11:34 30-11-2021 | icon 454 | Hadisə
AMEA-nın obyektində ƏXLAQSIZLIQ YUVASI

Şamaxı Rayon Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində fəaliyyət göstərən rəsədxananın ərazisində yerləşən “Kainat” restoran-hotelin administratoru Kənan Mustafayev barəsində Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi başa çatıb.

 

Versus.Az Publika.az-a istinadən xəbər verir ki, hakim Natiq İsmayılovun sədrliyi ilə keçirilən prosesin yekununda Şamaxı rayonu Sis kənd sakini, 1991-ci il təvəllüdlü Kənan Mustafayev nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib.

 

Məhkəmədə məlum olub ki, Kənan AMEA-ya məxsus olan və rəsmi qaydada çalışdığı restoran-hotelin kotteclərindən birini fahişəliklə məşğul edilməsi üçün bir gecəlik 150 manata icarəyə verib. Bu il 4 iyun tarixində polis əməkdaşları qeyd edilən obyektdə əməliyyat keçiriblər və ikimərtəbəli kottecdə əxlaqsızlıq yuvasının təşkil edildiyini müəyyən ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI