Sabir Rüstəmxanlı ilə fəxr edən bizi təhqir etməyin

16:50 30-11-2021 | icon 565 | Cəmiyyət
Sabir Rüstəmxanlı ilə fəxr edən bizi təhqir etməyin

O, bu xalqın taleyində əməlləri ilə özünü təsdiq etmiş insanlardandır

 

Son vaxtlar bəzi nadanlar Xalq şairi Sabir Rüstəmxanlının söylədiyi fikirləri konteksdən çıxarıb, müxtəlif yozumlarla ictimaiyyətə sırımağa çalışırlar. Guya ki, bu böyük insanı gözdən salacaqlar...

 

Bir müddət öncə Eynulla Fətullayev, Aydın Canıyev və sair adamlar da bu yolu tutmuşdular. Biz “Yardımlı Xeyriyyə Cəmiyyəti” olaraq dərhal ölkə mətbuatında həmin kəslərə etirazımızı bildirib, bəyan etmişdik ki, Sabir Rüstəmxanlı bir neçə eloğlumuz kimi biz yardımlılar üçün qürur yeridir. Onların ünvanına söylənən hər hansı bir nalayiq kəlmə bizi hiddətləndirir və özümüzü təhqir olunmuş kimi sanırıq…

 

Sabir Rüstəmxanlının kim olduğu barədə danışmaq artıqdır. O, bu xalqın taleyində əməlləri ilə özünü təsdiq etmiş insanlardandır. Yaradıcılığı və siyasi fəaliyyəti ilə Azərbaycan tarixində yeri olan VƏTƏNDAŞdır…

 

Bir də ki, Sabir Rüstəmxanlı ömrünün 76-cı payızını, müdrik çağlarını yaşayır. Onda səhv axtarmaq, Ona irad tutmaq nadanlıqdır… Bu iyrənc kompaniyaya qoşulanlara xatırladırıq; cənablar, Sabir Rüstəmxanlı ilə fəxr edən 250 mindən çox həmyerlisinin qüruru ilə oynamayın, bizi təhqir etməyin!..

 

Elman Eldaroğlu
“Yardımlı Xeyriyyə Cəmiyyəti”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi