Azad edilən məhkumların SAYI
“Bu günə kimi Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatında olan məhkumlardan 666 nəfəri qərar və məhkəməyə verilən təqdimatlar əsasında azad edilib”.
Versus.Az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 85 məhkumun azad edilməsi məqsədilə müvafiq məhkəmələrə təqdimatlar verilib:
“Cəzadan azad olunanlardan 473 nəfəri islah işləri cəzasına, 18 nəfər ictimai işlər cəzasına, 150 nəfər cərimə cəzasına, 25 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan şəxslərdir”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"