"Azadlıq fədaisi"nın növbəti QALİBİ
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.
Versus.Az xəbər verir ki, bu barədə partiyanın Mətbuat Xidmətindən bildirilib.
İclasda ALDP tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatının növbəti qalibinin müəyyən edilməsi ilə bağlı partiya üzvləri arasında keçirilən sorğunun nəticələrinin yekunları müzakirə olunub.
“Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri bildirib ki, beşinci dəfə qalibi müəyyən etmək üçün partiyanın üzvləri arasında keçirilən sorğu yekunlaşıb:
“Bir ay ərzində keçirilən sorğunun qalibi Beynəlxalq insan hüquqları günü elan olunacaq".
Qeyd edək ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçilərinə “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib. 2016-cı ildə REAL sədri İlqar Məmmədov, 2017-ci ildə eks-spiker Rəsul Quliyev, 2018-ci ildə isə AXCP sədrinin müavini Gözəl Bayramlı, 2019-ci ildə Tofiq Yaqublu və Oqtay Gülaliyevə və 2020-ci ildə isə hüquq müdafiəçisi Novella xanım Cəfərovaya “Azadlıq fədaisi” mükafatına layiq görülüblər.
SEVDA
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"