Politoloqlarımız Ərəbdilli mətbuatda "Zəngəzuru"şərh edib

08:35 03-12-2021 | icon 698 | Cəmiyyət
Politoloqlarımız Ərəbdilli mətbuatda "Zəngəzuru"şərh edib

Zəngəzur dəhlizinin açılması Yaxın Şərqin ərəb ölkələri üçün də faydalı ola bilər

 

İordaniyanın “Nayruz”, İraqın “Əfkarhür”, Misirin “Mədəniyyət xəbərləri” və Fələstinin “Əl Bayadər” portallarında azərbaycanlı şərqşünas Həşim Məmmədov və siyasi şərhçi Turan Rzayevin “Zəngəzur dəhlizi və ərəb ölkələri üçün yeni fürsətlər” sərlövhəli məqaləsi yayımlanıb.

 

Məqalədə 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallığın region ölkələri ilə yanaşı, həm də Yaxın Şərqin ərəb ölkələri üçün də yaratdığı imkanlardan bəhs olunur. Yazıda diqqətə çatdırılır ki, ötən ay Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündə, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında kommunikasiyaların bərpası və nəqliyyat dəhlizlərinin açılmasının əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin bütün ölkələrin iqtisadi tərəqqisi üçün mühüm olduğunu bəyan edib.

 

Müəlliflər qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Yaxın Şərqin ərəb ölkələri üçün də faydalı ola bilər. Belə ki, son illər Avrasiya məkanında mühüm və etibarlı nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilən Azərbaycan Avropa və Çin arasında nəqliyyat əlaqələri baxımından həmin ölkələr üçün yeni marşrut olacaq. İri neft və qaz tədarükçüsü olan ərəb ölkələri, eyni zamanda, karbohidrogen ehtiyatlarını quru kəmərləri vasitəsilə dünya bazarlarına çatdıra bilər. Azərbaycanın Avropaya uzanan və gələcəkdə Mərkəzi Asiyanı da daha sıx birləşdirəcək enerji infrastrukturu buna imkan verir.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi