İcra hakimiyyətlərinin ləğvi GÜNDƏMDƏ

09:54 03-12-2021 | icon 662 | Cəmiyyət
İcra hakimiyyətlərinin ləğvi GÜNDƏMDƏ

Bu təyinat icra hakimiyyətlərinin ləğvinin başlanğıcıdırmı?

 

Yerli icra hakimiyyətlərinin bugünkü işi onu göstərir ki, idarəetmə sisteminin bu həlqəsində geniş islahatlara ehtiyac var. 

 

Ölkə başçısının Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncamı ölkədə yeni idarəetmə modelinə keçid məsələsini yenidən gündəmə gətirib.

 

Sözügedən sərəncamla Emin Hüseynov bundan sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi kimi fəaliyyət göstərəcək.

 

Bəzi ekspertlər bu təyinatı icra hakimiyyətlərinin ləğvinin başlanğıcı hesab edirlər. Son vaxtlar yerli icra hakimiyyətlərinə etimad və inamın son dərəcə azalmasını həmin qurumlara rəhbərlik edən məmurların həbsində də  görmək olar. Prezidentin sərəncamları ilə yerlərdə icra hakimiyyətinin başçısı təyin edilən məmurlar bu dövlət orqanlarını korrupsiya və rüşvət bataqlığına çeviriblər. Nəticədə xeyli icra başçısı həbs edilərək, dəmir barmaqlıqlar arasına göndərilib.

 

Yerli İcra hakimiyyətlərinin bugünkü işi onu göstərir ki, idarəetmə sisteminin bu həlqəsində geniş islahatlara ehtiyac var.

 

 Versus.az xəbər verir ki, vaxtilə Balakən Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Osman Gündüz bildirib ki, son vaxtlar rayon icra hakimiyyətlərinin tabeliyindəki qurumların ard-arda ləğv edilməsi yuxarıda qeyd olunan iddianı əsaslandırır:

 

 “Ötən bir neçə il ərzində kommunal, rabitə, mədəniyyət, ekologiya, təhsil, sosial və s. sahələr üzrə rayonlardakı mövcud dövlət qurumlarının hamısı ləğv edilib. Hazırda bu dövlət qurumlarının rayonlarda yalnız kiçik bir şöbələri qalıb, əvəzində isə yeni regional idarələr formalaşdırılıb. Belə baxanda, hazırda rayonlarda tam tərkibdə və ənənəvi idarəetmədə yalnız hüquq-mühafizə qurumları və icra hakimiyyətləri qalıb".

 

 Sabiq icra başçısının sözlərinə görə, Prezident son zamanlar uğurları ilə diqqət mərkəzində olan Emin Hüseynovu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi təyin etməklə yeni idarəetmə modelinə etimadını bir daha ortaya qoyub:

 

“Prezidentin bu sərəncamı artıq adi bir rayon üzrə deyil, bütöv bir region üzrə, bir neçə bölgəni birləşdirən iqtisadi rayon üzrə xüsusi nümayəndə təyin etməsi onu göstərir ki, yerli icra hakimiyyətləri də regionala çevrilə bilər. Yəni yaxın yazamanlarda ölkədə yeni idarəetmə modelinə keçidi, bütün icra hakimiyyətlərinin ləğvi və icra başçılarının azad olunmasını, əvəzində isə Prezidentin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə yaradılmış 14 iqtisadi rayon üzrə 14 regional icra başçısının təyin ediləcəyini proqnozlaşdırmaq olar".

 

Xatırladaq ki, Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə 14 iqtisadi rayon yaradılıb. /Modern.az/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi