Bu il işlə təmin edilən əlilliyi olan şəxslərin SAYI
"Əlilliyi olan şəxslərin işlə təminatı ən vacib məsələlərdən biridir. 2018-ci ildə işlə təmin edilən əlilliyi olan şəxslərin sayı 900-ə yaxın, 2019-cu ildə 2800, 2020-ci ildə 2900 olub".
Versus.az xəbər verir ki, bunu 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə bağlı "Hamı üçün layiqli iş - heç kim kənarda qalmasın" mövzusuna həsr olunan konfransda Dövlət Məşğulluğu Agentliyinin sədr müavini Cəmaləddin Quliyev bildirib.
Onun sözlərinə görə, bu ilin 9 ayında işlə təmin edilən əlilliyi olan şəxslərin sayı 2646-dır:
"Bu proses növbəti aylarda da davam edəcək. Eyni zamanda yeni əmək və məşğulluq alt sistemi yaradılır. Bu da əlillərin işlə təminatını dəfələrlə artıracaq".
Sədr müavini deyib ki, özünüməşğulluq, həmçinin ödənişli ictimai işlər proqramlarının icrasında da əlilliyi olan şəxslərə üstünlük verilir və həmin proqramlara cəlb edilənlərin bir hissəsi əlilliyi olan şəxslərdir:
"Bu il özünüməşğulluq proqramı üzrə 1200-ə yaxın əlilliyi olan şəxs üçün kiçik təsərrüfatların yaradılması işləri aparılır".
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"