Azərbaycanda “peşə alqoritmi” sistemi yaradılacaq.
Bu barədə “ARB 24”ə müsahibəsində gənclər və idman nazirinin müavini İndira Hacıyeva deyib.
O bildirib ki, 2025-ci ildən peşələrə marağın 50 faiz azalacağını nəzərə alaraq, gənclər düzgün peşəyə yönləndirilməlidir:
“Bir çox sahələrdə bəzi peşələrə artıq tələbat olmayacaq. Buna görə də yeniyetmələri və gəncləri hansı peşələrə tələbat olması barədə düzgün məlumatlandırmaq lazımdır. Hazırlıq prosesinə isə 10-11 yaşındakı uşaqlardan başlanılmalıdır”.
Daha ətraflı süjetdə: