“İşğaldan azad edilmiş ərazilərdə “Ağıllı bina”lar yaradılacaq”
Emin Hüseynov: "Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək beş rezident var"
“Ağdam şəhərinin mərkəzinə elektrik xəttinin çəkilişi düz bir il çəkdi”.
Versus.Az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda deyib.
O bildirib ki, artıq Ağdam şəhərinin elektrik enerjisi var:
"Ümid edirik ki, Qarabağda infrastrukturun bərpasından sonra ilkin yaşayış məhəllələrinin tikilməsinə başlanılacaq. İşğaldan azad edilmiş ərazilərdə ilkin yaşayış xətləri salınır, məktəb, xəstəxana tikilir. Həmçinin qeyd edim ki, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək beş rezident var”.
E.Hüseynovun sözlərinə görə, hazırda mövcud olan sistemlər tətbiq edilməlidir:
“Bundan sonra innovasiyalar haqqında danışa bilərik. İlk növbədə işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası məsələsidir. Sonra isə əhalinin ora qayıdışının təmin edilməsidir. İşğaldan azad edilmiş ərazilərdə çoxlu imkanlar var, orda “Ağıllı kənd”lər, “Ağıllı şəhər”lər, həmçinin “Ağıllı bina”lar, rəqəmsal bərpa sistemləri olmalıdır. Bu gün bu istiqamətdə çox maraqlı layihələr var”.
GÖZƏL
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"