Şahdağda qayadan yıxılan məktəblinin ölümünün TƏFƏRRÜATI

14:50 07-12-2021 | icon 588 | Cəmiyyət
Şahdağda qayadan yıxılan məktəblinin ölümünün TƏFƏRRÜATI

Dekabrın 5-də Qusar rayonu Ləzə kəndində - Şahdağ zirvəsinin yaxınlığında dağlıq əraziyə istirahətə gedən 2008-ci il təvəllüdlü Rüstəmli Nihad Niyaz oğlu qayadan yıxılaraq ölüb.

 

R.Rüstəmlinin ölümü ilə bağlı Publika.az təfərrüat yayıb.

 

Bildirilib ki, orta məktəb şagirdi olan Nihad məktəbli dostları ilə birgə Şahdağa istirahətə gedib. Bu məqsədlə onlar avtobus icarəyə götürüblər və Bakıdan Qusara yola düşüblər. Qarlı-şaxtalı havada dağlıq ərazidə dostları ilə birlikdə şəkil çəkdirən N.Rüstəmli daha sonra hündürlüyü 50 metrdən çox olan qayanın üstünə çıxaraq selfi çəkdirmək istəyib. Bu zaman onun ayağı şaxtanın da səbəb olduğu sürüşkənlik səbəbindən büdrəyib və 13 yaşlı oğlan qayadan yıxılıb. O, hadisə yerində vəfat edib.

 

N.Rüstəmlinin meyiti ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi